Qısamüddətli geomaqnit qasırğası gözlənilir.
Bu barədə Ednews-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir. Bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.
Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək. İyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarında 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.