“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Cəmiyyət 20:24 28.06.2024

İyunun 28-də “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində tədbirdə iştirak edən təşkilat və şirkətlər tərəfindən “Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib.

Ednews xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev şirkət və təşkilatların öz təşəbbüsləri ilə tullantıların idarə olunması sahəsində ən son nailiyyətlərdən istifadə edərək müasir təcrübənin tətbiqi, istehsalçı məsuliyyətinin gələcəkdə fəaliyyət sahələrində nəzərə alınması məqsədilə bir çağırış hazırlandığını diqqətə çatdırıb: “Çağırışda həm istehsalçıların məsuliyyəti, həm sıfır tullantının, müasir texnologiyaların və yaşıl iqtisadiyyatın tətbiqi sahəsində planlaşdırılan işlər öz əksini tapıb. Təşəbbüsü bir neçə şirkət imzalayıb və bununla bağlı nazirlikdə görüş də keçirilib. Çağırış açıq şəkildə saxlanılır və təşəbbüsə qoşulmaq istəyənlər onu imzalaya bilərlər”.

Sonra “Sıfır Tullantı” Bakı Təşəbbüsünün mətni oxunub.

Bakı Təşəbbüsünə qoşulan şirkət və təşkilatlar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə dərin təşəkkürlərini bildirib və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndiriblər.

Bakı Təşəbbüsündə, həmçinin qeyd olunub: “Qlobal ətraf mühit problemlərinin vacibliyini dərk edərək Paris Sazişinin və 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinin gündəliyinə sadiqliyimizi bəyan edirik. Bu və Azərbaycanın tərəfdar olduğu digər beynəlxalq çərçivələrə uyğun olaraq dayanıqlı inkişafı təşviq edən və iqlim dəyişmələrinin təsirlərini azaltmağa yönəlmiş strategiyaların həyata keçirilməsini dəstəkləyirik.

Məhsulun keyfiyyətini və təhlükəsizliyini qorumaqla Azərbaycanda təkrar emal olunan, kompostlaşdırıla bilən və ya təkrar istifadə oluna bilən innovativ həlləri təşviq edərək tullantıların İstehsalçının Genişləndirilmiş Məsuliyyəti modeli üzrə idarə olunması zəruriliyini qəbul edirik.

Biz ekoloji cəhətdən təmiz qablaşdırma texnologiyalarını və qabaqcıl tullantıların idarə olunması həllərini inkişaf etdirmək üçün innovativ layihələri dəstəkləməyə, beləliklə, daha dayanıqlı gələcəyin təmin edilməsinə töhfə vermək üçün səy göstərəcəyimizi bildiririk.

Biz Azərbaycanda tullantıların toplanması, çeşidlənməsi və təkrar emalı üçün kompleks həlləri əhatə edən tullantıların səmərəli və effektiv idarə olunması sisteminin qurulmasının zəruriliyini qəbul edirik.

Biz tullantıların azaldılması və dayanıqlı idarə edilməsi təcrübələrini yaxşılaşdırmaq məqsədilə siyasət və qaydaların hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC, yerli hakimiyyət orqanları və digər əsas tərəfdaşlarla əməkdaşlığın vacibliyini vurğulayırıq.

Şəffaflıq və hesabatlılığa olan bağlılığımızla tullantıların azaldılması məqsədlərinə doğru irəliləyişimizi hər il izləməyin və nailiyyətlərimizi ictimaiyyətə açıq şəkildə çatdırmağın əhəmiyyətini təsdiqləyirik.

Tullantıların azaldılması, təkrar emalın və məsuliyyətli istehlakın vacib əhəmiyyətini ictimaiyyətə çatdırmaq üçün maarifləndirmə təşəbbüslərində iştirak etməyin əhəmiyyətini vurğulayırıq.

Biz “Sıfır Tullantı” təşəbbüslərində iştirak etmək üçün milli və beynəlxalq şirkətlərlə tərəfdaşlıq imkanlarını araşdıracağıq və onları təşviq edəcəyik, beləliklə, dayanıqlılığa yönəlmiş kollektiv addımları dəstəkləyəcəyik.

Nəhayət, məqsədimiz tullantıların minimuma endirildiyi, resursların optimallaşdırıldığı və təbii mühitin gələcək nəsillər üçün qorunduğu Azərbaycanda dövri iqtisadiyyatın həyata keçirilməsinə töhfə verməkdir.

Bu təşəbbüsə imza atanlar kimi, Azərbaycan və dünyada dayanıqlı gələcəyi təmin etmək üçün kollektiv səylərimizin əhəmiyyətini başa düşərək, bu prinsiplərə sadiq qalırıq”.

Bakı Təşəbbüsünü imzalayan tərəflər onun prinsiplərinə və məqsədlərinə sarsılmaz sədaqətlərini bəyan ediblər.

Bakının mərkəzində yeni park salınır - Bəzi evlər SÖKÜLÜR – VİDEO

Xəbər xətti

Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
23:30 30.06.2024
NATO-nun keçmiş baş katibi Şoltsu “Əbədi müharibənin kansleri” adlandırıb
23:00 30.06.2024
Kiberdələduzların yeni oyunu: "100 manat ver, 700 manat apar"
Kiberdələduzların yeni oyunu: "100 manat ver, 700 manat apar"
22:19 30.06.2024
İsveçrədə torpaq sürüşməsi və daşqın nəticəsində iki nəfər ölüb, itkin düşən var
İsveçrədə torpaq sürüşməsi və daşqın nəticəsində iki nəfər ölüb, itkin düşən var
22:00 30.06.2024
Suriyada terrorçuların hücumu zamanı bir neçə hərbçi həlak olub
21:40 30.06.2024
Sabahdan Azərbaycanda Aİ 95 ucuzlaşır
21:20 30.06.2024
Zelenski: “Bu gün heç bir dövlət Ukraynanı NATO-da görmür”
21:00 30.06.2024
"Antalyada hamı bir-birinə atəş açır!" - Mövlud Yeni
20:39 30.06.2024
Spaletti istefaya göndərilməyəcək
20:39 30.06.2024
Tural Gəncəliyev: "İki dövlət arasında sülh müqaviləsini..." - VİDEO
20:28 30.06.2024
Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib
20:00 30.06.2024
Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi
19:48 30.06.2024
DİM abituriyentlərə MÜRACİƏT ETDİ
18:00 30.06.2024
Netanyahu İsrailin Baydenin Qəzza planına sadiq olduğunu bəyan edib
17:40 30.06.2024
İraq və Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib
17:20 30.06.2024
Fransada seçki məntəqəsinin sədrinə hücum olub
17:00 30.06.2024
Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir
16:40 30.06.2024
Almaniyadan silah ixracı ilin birinci yarısında 30 % artıb
16:20 30.06.2024
Türkiyə və Suriya Bağdadda münasibətləri yaxşılaşdırmaq üçün dialoqa başlayacaq
Türkiyə və Suriya Bağdadda münasibətləri yaxşılaşdırmaq üçün dialoqa başlayacaq
16:00 30.06.2024
Niderland yığmasının üzvü "Atletiko"dan ayrılıb
15:40 30.06.2024
Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib
15:20 30.06.2024
Belarus : "Ukrayna sərhədində gərginlik artır"
Belarus : "Ukrayna sərhədində gərginlik artır"
15:00 30.06.2024
Həftənin ilk günü hava meteohəssas insanlar üçün əlverişli olacaq
14:40 30.06.2024
XİN başçısının müavini Xorvatiyada işgüzar səfərdə olub
14:20 30.06.2024
"Çelsi" klubu 19 yaşlı futbolçunun transferi üçün MLS təmsilçisi ilə danışıqlara başlayıb
14:00 30.06.2024
Azərbaycan Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində təmsil olunur
Azərbaycan Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində təmsil olunur
13:40 30.06.2024
Kiyevdə 2 yeniyetmə 16-cı mərtəbədən yıxılaraq ölüb
13:20 30.06.2024
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər
13:00 30.06.2024
Fransada növbədənkənar parlament seçkiləri keçirilir
12:40 30.06.2024
ABŞ-ın vitse-prezidenti Baydenin debatda məğlub olduğunu etiraf edib
12:20 30.06.2024
Ərdoğan Azərbaycan mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında sənədə düzəlişi imzalayıb
12:00 30.06.2024
Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur
11:40 30.06.2024
İbrahim Kalın “HƏMAS”ın rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
11:20 30.06.2024
Balıq yağı aqressiyanı effektiv şəkildə azaldır
11:00 30.06.2024
Bayden Fransanı İtaliya ilə səhv salıb
10:40 30.06.2024
Nigeriyada çoxsaylı partlayışlar nəticəsində azı 18 nəfər ölüb
10:20 30.06.2024
Mərdəkanda 3 yaşlı uşaq yol qəzasında xəsarət alıb
10:00 30.06.2024
Almaniya millisinin baş məşqçisi: Şimşəyə görə yaranan fasilə xeyirimizə oldu
09:40 30.06.2024
İranda keçirilən seçkilər zamanı 20 təxribat və kiberhücumların qarşısı alınıb
09:20 30.06.2024
Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırıb
09:00 30.06.2024
Hamısı