4 min kəşfiyyat hesabatı əsasında aparılan əməliyyatlar nəticəsində uşaq istismarında ən çox şübhəli bilinən ölkə Avstriya, Hollandiya və İngiltərə olub.
“Eurasia Diary” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstriya, İngiltərə və Hollandiya internet üzərindən uşaq istismarının həyata keçirildiyi ölkələr arasında ilk yerləri tutur.
30 ölkədə araşdırılan 4 min kəşfiyyat hesabatı
İngiltərədə polis tərəfindən hələ kəşf edilməmiş olan internet üzərindəki ən böyük uşaq istismarçı qrupunun bağladıldığı bildirilib. Qlobal Forum 30 ölkədə polislə əlaqəyə keçərək göndərdiyi 4 min kəşfiyyat hesabatında uşaq istismarçı qrupun 70 min davamçısı olduğunu qeyd edib.
Həyata keçirilən əməliyyatlarda indiyədək 670 şübhəli və 230 uşaq istismarçısı aşkar edilib. 121-i İngiltərədə olmaqla 184 adamın həbs olunduğu vurğulanıb.
İngiltərədə təxminən 60 uşaq xüsusi qoruma altına alınıb.
Üç illik tədqiqata Böyük Britaniyanın Uşaq İstismarı və Qoruma Mərkəzinin (CEOP) tədqiqatçıları liderlik edib. Tədqiqatçılar Haaqada keçirdikləri mətbuat konfransında açıqladıqları hesabatda qanunsuz şəbəkə qrupunun online qrup olduğunu və dünyanın dörd bir tərəfində olan üzvlərilə əlaqəyə keçdiklərini bildirib.
Şübhəlilərin ən çox aşkar edildiyi ölkələr isə Hollandiya, İngiltərə, Avstriya, İtaliya, Yeni Zelandiya və Tailanddır.