"İnsan haqlarından danışan Fransa insanlara - bizə hörmət etmir. Bunun üçün bizə təzminat ödənilməlidir".
"EDnyus" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən mətbuat konfransında jurnalistlərə cavabında "Ka Ubuntu" hərəkatının sədri Romen Katambara deyib.
O bildirib ki, ilk növbədə onların torpaqları geri qaytarılmalıdır:
"Digər tərəfdən, bizim tariximizin tanınması çox vacibdir. Buna görə də biz tədris proqramı həyata keçirməliyik ki, suveren olmaq istəyən xalqlar öz tarixlərini öyrənsinlər. Biz müstəmləkəçi ölkədən bizdən aldıqlarını geri qaytaracağıq".