Amerika alimləri bildiriblər ki, 2016-cı ilin avqust ayı XX əsrin orta temperatur göstəricisindən 0.92 dərəcə daha isti olub. Qeydə alınan ən isti 17 aydan 6-sı keçən və bu ilin yay aylarıdır. Amerikanın Okeaniya və Atmosfer üzrə Milli Administrasiyasından Deke Arndt deyib ki, istiləşməyə səbəb istixana qazlarıdır.
Milli Elmlər Akademiyasının üzvləri, o cümlədən 30 Nobel mükafatı laureatı Vaşinqtona açıq məktub göndərərək, qlobal istiləşməyə qarşı beynəlxalq razılaşmadan imtina etməməyə çağırıb. Respublikaçılar Partiyası öz rəsmi platformasında bu razılaşmanı rədd etdiyini bildirir.