Həftənin cümə günü Yaponiyanın Kyüsyü adasında Aso vulkanı püskürməyə başlayıb, bu barədə "Sinxua" məlumat yayıb.
Kumamoto prefekturasında yerləşən Aso Yaponiyanın fəaliyyətdə olan ən böyük vulkanıdır. O, həmçinin dünyanın da ən böyük vulkanlarından biri hesab olunur.
Qeyd edək ki, Asonun bundan əvvəl kiçik püskürməsi cari ilin aprel ayında baş verib.