İtaliya Sahil Təhlükəsizlik Komandanlığının Aralıq dənizində bu günə qədər keçirdiyi 24 yoxlama əməliyyatı zamanı 7 immiqrantın cəsədi tapılıb, 3300 qaçqın isə qurtarılıb.
Aralıq dənizinin İtaliya ilə Liviya arasında olan Siciliya Kanalı bölgəsində qaçqınlarla bağlı xilasetmə əməliyyatları davam edir.
İtaliya mətbuatında yazılan xəbərlərə əsasən Romadakı Sahil Təhlükəsizlik Komandanlığının idarəsində Aralıq dənizinin Liviya sahillərində icra edilən 24 əməliyyatda son bir gündə 3300 qaçqın qurtarılıb, iki qayıqda isə 7 immiqrantın cəsədinə tapılıb.