Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 90 nəfər itkin düşüb.
İnsident sahildən 40 km aralı, Tripoli şəhərindən 40 km şərqdə baş verib.
Məlumata görə, Liviya Sahil Mühafizə Xidmətinin əməkdaşları 29 miqrantı xilas edə bilib. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının açıqladığı son məlumatlara görə, yeni ildən bu yana dəniz üzərindən Avropaya çatanların sayı 327 min 800 olub, 3 min 740 nəfər isə "ümidə yolçuluq" zamanı həyatınıitirib.