Suriyalı qaçqın və onun iki qızının cəsədləri Danimarkada mənzillərin birindəki dondurucuda aşkarlanıb. Bu haqda məlumatı polis yayıb.
"Eurasia Diary" xəbər verir ki, 27 yaşlı qadın və yeddi və doqquz yaşlarında olan iki qız qətlə yetiriliblər. Lakin, bundan əlavə məlumat verilməyib.
Onlarla bir neçə gün əlaqə saxlaya bilməyən qohum polisə müraciət edəndən sonra hadisə bazar günü Aabenraa şəhərində, mənzillərin birində Danimarka polisi tərəfindən aşkarlanıb.
Hadisənin bazar günü Aabenraa şəhərində baş verdiyi deyilir. Qətlə yetirilmiş şəxslərin qohumları onlar barədə xəbər olmadığından polisə məlumat veriblər.
Polis qadının ərinin şübhəli olduğunu bildirərək onu axtarır.
Danimarka mətbuatı bildirir ki, hər iki qızın atası olan əri ailəsilə birgə yaşamayıb.
Qeyd edək ki, ailə Danimarkaya gələrək qaçqın statusunu ötən il alıb.