Liviyanın sahillərində Siciliya boğazında növbəti gəmi qəzası baş verib.
"Eurasia Diary" TASS agentliyinə istinadən xəbər verir ki, nəticədə 100-dən çox miqrant həlak olub.
Bu haqda 3 noyabrda şahidlərə istinadən ANSA agentliyi xəbər yayıb.
Xilasedicilərin apardığı əməliyyat çərşənbə günü 4 ballıq fırtınanın olduğu zamana təsadüf edir. Sudan 29 insan xilas edilib, 12 nəfərin isə cəsədi çıxarılıb. Sağ qalanların verdiyi məlumata görə, qayıqda 140 miqrant olub. Xilas edilənlərin əksəriyyəti Qvineyadan gəlmələrdir.