Gürcüstan polisi yaşlı qadının qətlində şübhəli bilinən beş nəfəri həbs edib.
"Eurasia Diary" xəbər verir ki, bu barədə noyabrın 4-də“İnterfax" məlumat yayıb.
İstintaqla hadisənin ritual qətl olduğu müəyyən edilib. Qətlə yetirilən qadın cinayət iştirakçılarının birinin anası olub. Qətllə bağlı 3 şəxs saxlanılıb, ikisi isə cinayətin gizlədilməsinə görə həbs edilib. Saxlanılan şəxslərdən ikisi qızdır.
Gürcüstan DİN-nin yaydığı məlumata görə, 76 yaşlı qadın oktyabrın 19-da Tbilisidə öz evində öldürülüb. Cinayətkarlar əvvəl qadına elektroşokla işgəncə veriblər, sonradan isə boğaraq çoxsaylı bıçaq zərbələri endiriblər.
“Daha sonra qadının cəsədi dəstə üzvlərinin birnin evinə aparılıb. Burada qatillər onun meyitini tikə-tikə doğrayıblar, sonra isə zibiliyə apararaq yandırıblar”, - məlumatda deyilir.