Yeni Zelandiyanın Oamaru bölgəsində pinqvinlərin qarşıdan-qarşıya təhlükəsiz şəraitdə keçmələrinə yardımçı olmaq üçün yeraltı keçid tikilib.
"Eurasia Diary" xəbər verir ki, yeraltı keçid yumurtalarını almaq üçün yolun qarşısına keçmək məcburiyyətində qalan pinqvinlərin təhlükəsizliyini təmin edəcək.
Keçidi istifadə edən mavi pinqvinlər ən kiçik pinqivin növü kimi tanınır. Mavi pinqvinlərin boyları orta hesabla 43, enləri isə 33 sm-dir.