İraqın Mosul şəhərində İŞİD terrorçularına qarşı müharibə ilə yanaşı BMT bu şəhərdə içməli su çatışmazlığının faciəli nəticələri barədə xəbərdarlıq edib.
"Eurasia Diary" France Press-ə istinadən xəbər verir ki, BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Liz Qrand deyib: Mosul şəhərində təxminən 500 min sivil içməli su çatışmazlığından əziyyət çəkir.
BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru bildirib ki, içməli su problemi İraq uşaqları, qadınları və ailələri üçün faciəli nəticələrə səbəb olacaq.
Qeyd edək ki, İŞİD terror qruplaşmasından Neynəva vilayətində Mosul şəhərinin azad olunması əməliyyatı 17 sentyabrdan başlanıb.
İraqın ikinci ən böyük şəhəri olan Mosul şəhəri 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının işğalı altındadır.