“Sərhədsiz Reportyorlar” təşkilatının illik hesabatına görə, 2016-ci ildə 57 jurnalist peşə vəzifəsini yerinə yetirərkən həlak olub.
Ölüm halları əsasən münaqişə zonalarında baş verib.
Ən çox jurnalist Suriyada öldürülüb - 19 nəfər. Əfqanıstanda 10, İraqda 7, Yəməndə isə 5 jurnalist qətlə yetirilib. Bundan başqa 9 bloqer və mətbuata xəbər ötürən 8 nəfər öldürülüb.
Ümumilikdə isə, ötən on ildə ən azı 780 jurnalist vəzifə borcunu yerinə yetirərkən həlak olub.