"Səfir Andrey Karlovun ölümü ilə əlaqədar Rusiya kimi, Türkiyə də kədərlənir".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.
O, bu addımın Türkiyə-Rusiya münasibətlərinə və ölkələr arasında əldə olunan irəliləyiş zərər vurulmasına yönəldiyini qeyd edib.
"Bu alçaq hərəkətin arxasında kimin dayandığını tapmalıyıq və bu araşdırmanı birlikdə edəcəyik. Cinayəti törədənlər mütləq cəzalanacaqlar", - deyə M.Çavuşoğlu bildirib.
O, həmçinin Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə öldürülən səfirin adının veriləcəyini sözlərinə əlavə edib.