Beyləqan rayonu, İkinci Şahsevən kəndində sərhəd zolağı boyunca yanğın baş verib.
"Eurasia Diary" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı 50 ha sahədə kol-kos yanıb.
Yaxınlıqdakı dirəklər və əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.