Ötən həftənin istirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi “Azəravtoyol” ASC tərəfindən sökülüb. Bununla da, həmin hissədə sökülən relslərin sayı 2-yə çatıb.
ASC-nin mətbuat xidmətindən "Eurasia Diary"yə verilən məlumata görə görülən işlər çərçivəsində istifadəsiz qatar relsləri sökülərək, yerləri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.
Qeyd olunub ki, qatar relslərinin sökülməsi şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədini daşıyır.