"Eurasia Diary" xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Rusiyanın ilhaq etdiyi Krımda, Sasık Sivaş Gölündə kəskin şaxtalardan donan qu quşlarını xilas edib.
Havaların qarlı, şaxtalı keçməsinə görə qu quşları donaraq gölə yapışıblar. Hadisə sosial mediada paylaşıldıqdan sonra Rusiya Fövqəladə Hallar Nazirliyi gölə müdaxilə edib.
#Евпатория: Трагедия "лебединого озера": хроника событий и острые вопросы - https://t.co/mqWp4vBfiB pic.twitter.com/XstpREwfus
— Евпатория сегодня (@gorodevpatoriya) January 10, 2017
RİA Novosti-yə müsahibə verən rəsmi şəxslərdən biri qeyd edib ki, "Dalğıclar buzu qıraraq quları donduqları yerdən xilas edib. Vəziyyəti yaxşı olanlar gölün ortalarına buraxılıb, xəstə olanlar müalicə üçün baytarlığa aparılıb" deyib. İki qu quşu isə tələf olub.
Mütəxəssislər bildirirlər ki, qu quşların bu hala düşməsinin səbəbi insanlardır. Gölün kənarında insanlar çörək qırıntıları atırlar. Qu quşları getdikcə tənbəlləşir və öz ovunu özləri edə bilmir. Onlar sahildə qida gözləyərək donublar.
Vüsalə