Azərbaycanda turistlərin təhlükəsizliyi ilə bağlı Yeni tələblər

Cəmiyyət 17:37 13.01.2017

Azərbaycanda turizm təşkilatçıları qarşısında turistlərin təhlükəsizliyinin təminatı ilə bağlı bir çox vacib tələblər qoyulur.

Milli Məclisdən verilən məlumata görə, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə əsasən, turizm təşkilatçıları beynəlxalq turizm zamanı turistlərə və ekskursantlara səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların rast gələ biləcəkləri, onların həyat və sağlamlıqlarını, əmlaklarının sağlamlığını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməyə borcludurlar. Bu məlumatlar yazılı və şifahi formada verilə bilər. Məcburi qaydada yazılı surətdə verilməli olan məlumatların siyahısı nəzarət orqanı tərəfindən müəyyən ediləcək.

Turistlər və ekskursantlarla bağlı təhlükələr barədə məlumatın verilməsi üzrə vəzifələr turoperatorlarla turagentlər arasında qarşılıqlı razılığa əsasən, bölüşdürülməlidir.

Layihəyə əsasən, turizm təşkilatçıları tur zamanı turistlərin, ekskursiya zamanı ekskursantların rastlaşdığı fövqəladə hadisələr, həmçinin getmə turizm zamanı səyahətdən qayıtmamış turistlər və ekskursantlar barədə nəzarət orqanına və turistin yaxın qohumuna təxirə salınmadan məlumat verməlidirlər.

Layihədə qeyd edilir ki, Turizmin İnkişafına dair Dövlət Proqramında turizm sənayesinin təhlükəsizliyinə dair müddəalar nəzərdə tutulmalı, eyni zamanda, turizm təhlükəsizliyi üzrə tədbirlər planı hazırlanaraq həyata keçirilməlidir. Turizm təşkilatçıları bu planda nəzərdə tutulmuş, habelə nəzarət orqanının turistlərin təhlükəsizliyinə dair tələblərini yerinə yetirməyə borcludurlar.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, turistlərin təhükəsizliyi ilə bağlı məsələlərin sözügedən qanun layihəsinə daxil edilməsi olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, turizm təşkilatçılarının işi yalnız turizm yollayışı satmaqla bitməli deyil. Turizm təşkilatçıları turistlərə mütləq səyahət zamanı onların rast gələ biləcəkləri, onların həyat və sağlamlıqlarını, əmlaklarının sağlamlığını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməlidirlər.

M.Ağakərimov əlavə edib ki, getmə turizm zamanı səyahətdən qayıtmamış turistlər barədə nəzarət orqanına və turistin yaxın qohumuna təxirə salınmadan məlumat verilməsi də olduqca vacibdir:

“Çünki 1990-cı illərdə bir çox Azərbaycan vətəndaşları turist adı ilə Avropa ölkələrinə gedib qayıtmayıblar. Buna görə də bu məsələlərin qanun layihəsinə daxil edilməsi çox vacibdir. Ümumiyyətlə, bu layihədə xüsusi diqqətə çatdırılır ki, turizm təşklatçısı səhlənkar olmamalı, hər bir turist ilə fərdi olaraq, işləməli və məsuliyyətini dərk etməlidir”.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı