Martın 10-da BMT-nin Cenevrədəki qərargahında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə münaqişədən əziyyət çəkən uşaqlarla bağlı beynəlxalq müzakirələr zamanı BMT-nin And Millətlərinin İnkişafı naminə Hüquqi Komissiyasının Cenevrə ofisinin nümayəndəsi, beynəlxalq ekspert Mehmet Şükrü Gözəl məcburi köçkün uşaqlarının hüquqlarının müdafiəsi mövzusunda çıxış edib.
Çıxışı zamanı o, məcburi köçkün uşaqlarının hüquqlarının müdafiəsi haqqında beynəlxalq sənədin qəbul edilməsinin vacib olduğunu qeyd edib.
"Etnik təmizləmənin qurbanı olan insanların nəslindən olan uşaqlar hansı hüquqlara malikdir? Əslində, bu vəziyyət Dağlıq Qarabağa da aiddir”, o qeyd edib.
Mehmet Şükrü Gözəl bildirib ki, bugünkü uşaqların hüquqlarının qorunmasının nəsildən nəsilə keçməsi təmin olunmalıdır.
“Yəni hər hansı ölkədən gələn qaçqın uşaqlar uşaq olduqları üçün öz vətənlərində heç vaxt olmayıblar.
Biz uşaq hüquqlarından danışarkən uşaqların, məsələn, 80 il davam edə biləcək geri qayıtmaq hüququndan daha çox danışmalıyıq.
Cənab Umud Mirzəyevin də qeyd etdiyi kimi, bu yalnız Dağlıq Qarabağın problemi deyil, bu bütövlükdə dünyanın ümumi problemidir və donmuş münaqişələrdən sonra uşaqların hüquqlarını necə müəyyən edəcəyik”? deyə Mehmet Şükrü Gözəl əlavə edib.