Martın 10-da BMT-nin Cenevrədəki qərargahında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə münaqişədən əziyyət çəkən uşaqlarla bağlı beynəlxalq müzakirələr zamanı İndoneziya Maşar Sarom Hüquqi Yardım İnstitunun direktoru Con Pattivael uşaqların hüquqları və silahlı münaqişədə uşaqların hüquqlarının müdafiəsi barədə çıxış edib.
"Mən düşünmürəm ki, biz bu məsələ ilə bağlı hərəkət etmək istəyərkən hər hansı bir cəmiyyətin yaxud Azərbaycan və ya Ermənistanın və ya ərazisində münaqişə olan hər hansı bir hökumətin iştirakı olmadan əhəmiyyətli bir şeyə nail ola bilər və ya səylər göstərə bilərik", deyə o qeyd edib.
Mahiyyət etibarilə, uşaqlar qeyd edildiyi kimi uşağa qarşı yolverilməz olan zorakılığa məruz qalaraq hərbi münaqişələrin qurbanına çevrilirlər. Onlar siravi döyüşçü və ya muzdlu olmaq üçün deyil uşaq olmaq üçün doğulublar.