“Türkiyədəki dəyişikliklər ölkənin maraqlarına cavab verir” Aydın Mirzəzadə - ÖZƏL

Analitika 11:54 17.04.2017
Ötən gün bütün dünyanın diqqəti Türkiyədə keçirilən referenduma yönəlmişdi. İlkin nəticələrə əsasən seçicilərin 51.29 faizi konstitusiya dəyişikliyinə “hə” dedi. Bu isə xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstəyin göstəricisi idi. Türkiyədə keçirilən referendum Azərbaycanda da böyük maraqla və diqqətlə izlənildi. Millət vəkili, politoloq Aydın Mirzəzadə “Eurasia Diary” portalına qardaş ölkədəki referendumla bağlı fikirlərini bildirib. Politoloqun fikirlərini təqdim edirik:
 
Related image
 
"Sözsüz ki, Azərbaycan,  Türkiyə xalqına seçimində həmişə hörmətlə yanaşır. Bu seçkilərdə də Türkiyə xalqının ən düzgün seçim etdiyini düşünürük. Türkiyə 100 illik Cümhuriyyət tarixində keyfiyyətcə yeni bir səhifə açır. Hakimiyyət qolları arasında sərhədlər dəqiqləşir, ölkə qarşısında duran problemlərin həlli ilə bağlı daha çevik siyasət yerinə yetirmək mexanizminə malik olur. 
 
Düzdür referendumda qalibiyyət  kiçicik səs çoxluğu ilə əldə edildi. Amma bununla belə demokratiyadı. İnanırıq ki zaman gələcək azlıqda qalanların da həm hüquqları qorunacaq, həm də onlar gələcəkdə bu idarəetmə sisteminin səmərəliliyini müdafiə edənlərdən birinə çevriləcəklər. 
 
Türkiyənin qarşısında böyük problemlər durur. Avropa ilə Türkiyə arasında olan müəyyən anlaşılmazlıq, terrorla gündəlik mübarizə, Suriya böhranının birbaşa onun sərhədində baş verməsi Türkiyənin daxili və xarici siyasətinə çox ciddi təsir edir. Həmçinin beynəlxalq aləmdə və beynəlxalq biznes sahəsində də Türkiyə şirkətləri öz yerini tutmaq üçün ciddi mübarizə aparırlar. Bu baxımadan yeniliyə ehtiyac vardı. Yeniliyin hansı formada olmasını isə Türkiyə cəmiyyəti özü seçdi. Türkiyənin bu imkandan istifadə edərək qarşıda duran problemlərini uğurla həll edəcəyinə inanırıq. Həmişə Türkiyənin yanındayıq. Onun uğurlarına sevinirik. Bundan sonra atacağı addımların onun milli maraqlarına cavab verəcəyini düşünürük. Hesab edirəm ki, Türkiyə nə beynəlxalq, nədəki daxili hüququ pozmadı.
 
Türkiyə öz suveren hüququndan istifadə etdi və özünün daxili idarəetmə sistemini seçdi. Bu idarəetmə sistemi bu gün ABŞ-da, Fransada çox uğurla fəaliyyət göstərir. Bu baxımdan Türkiyənin də bunu etməyə kifayət qədər haqqı var. Düzdü bəzi ölkələr parlament üsul-idarəsindədir. Amma bununla belə hansısa bir siyasi partiyanın 10 illiklərlə Avropanın demokratik ölkələrində hakimiyyətdə qalması və ya, Avropanın ümumi siyasi xəttinə fərqli bir siyasi  kurs həyata keçirməsinə heç nə mane olmur. Bu mənada Avropanın müəyyən dairələrinin Türkiyə narahatçılığının heç bir əsası yoxdur. Türkiyədəki dəyişikliklər ölkənin maraqlarına cavab verir, Türkiyə üçündür və heç bir halda hansısa bir ölkənin əleyhinə yönəlməyib". 
 

Müsahibəni götürdü: Taleh Quliyev

 

Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO

Xəbər xətti

Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Hamısı