Azərbaycanın ən böyük sərvəti

Analitika 15:12 18.08.2017

Politoloq: “Azərbaycanda sabitliyin qorunmasında aparılan xarici və daxili siyasətin böyük rolu var”

Son illər terror dünyada sərhəd tanımır. Hətta xüsusi xidmət orqanları ən güclü olan dövlətlərdə, mühafizəsi çox detallı şəkildə təşkil edilən şəhərlərdə belə terror təşkilatları öz xain məqsədlərini gerçəkləşdirə bilirlər. Barselonadakı son terror hadisəsi bir daha bunu sübut etdi.


Azərbaycanda isə uzun müddətdir ki, sabitlikdir. Ölkə əhalisi bu gün çox rahat şəkildə ictimai nəqliyyatdan istifadə edir, günün istənilən saatında paytaxtın küçələrində sərbəst şəkildə gəzə bilir.


Politoloq Mübariz Əhmədoğlu bildirib ki, əslində bütün bunlar öz-özünə yaranmayıb:“Azərbaycan coğrafi mövqeyinə görə elə regionda yerləşir ki, burada iri dövlətlərin maraqları böyükdür. Təkcə neft, qaz, nəqliyyat, kommunikasiya imkanları deyil, o cümlədən sabitlikdə, ictimaiyyətə, mediaya təsir məsələləri də Cənubi Qafqazda marağı olan dövlətlərin nəzarətdən keçirdikləri arqumentlərə daxildir. Ona görə də Cənubi Qafqaz regionunda sabitliyi təmin etmək məsələsi dünyanın digər regionlarında sabitlik yaratmaqdan qat-qat müşkül məsələdir. Bu, çox bacarıqlı bir siyasət tələb edir. Bu yaxınlarda Türkmənistanın prezidenti dördüncü dəfə Azərbaycana səfər etdi. Azərbaycan prezidenti isə cəmi bir dəfə Türkmənistana səfər edib. Bax bu, bacarığın göstəricisidir ki, Mərkəzi Asiya regionunda Azərbaycanın ən azı 3 dövlətlə yaxın münasibəti var. Bu siyasət artıq çox şeydən xəbər verir. Xəzəryanı dövlətlərin hamısı Azərbaycanı özünə yaxın bilir. Ona görə də söyləyə bilərik ki, ölkə rəhbərliyinin atdığı addımlar təkcə bu günün sabitliyi üçün yox, gələcəyin də sabitliyinin təmini üçün vacibdir. O cümlədən təbii olaraq aparılan xarici siyasətin də vacib rolu var. Əvvəla ölkə prezidentinin iki fikrini sitat gətirmək istəyirəm. Belə ki, ölkə prezidenti bəyan etmişdi ki, “heç kim Azərbaycana kömək etməyib, etmir, etməyəcək, buna da ehtiyac yoxdur”. Buradan görünür ki, Azərbaycan tam şəkildə özü-özünü təmin edən bir dövlətdir. Yaxın və uzağımızdan asılı olmayaraq kimsədən ehtiyacımız yoxdur. Eləcə də ölkə prezidenti bildirib ki, “Azərbaycan şübhə doğuran heç bir geosiyasi oyunlarda iştirak etmir və etməyəcək”. Baxın, Azərbaycanda daxili sabitliyin təmin olunmasının xarici siyasət amilləri bununla şərtlənir. Yəni Azərbaycanın daxilində ilk növbədə ona görə sabitlikdir ki, ölkə xarici siyasətini çox hesablı qurub. Nəticədə xarici dövlətlər Azərbaycanın daxili sabitliyini pozmaqda maraqlı deyillər və o istiqamətdə addım atmırlar. Anlayırlar ki, bu addımı atsalar da faydası olmayacaq”.

Image result for Mübariz Əhmədoğlu


Politoloq bu məsələdə hüquq-mühafizə orqanlarının gördükləri işlərə də toxunub:


“Təbii ki, burada ölkənin daxilində də görülən işlərin rolu var. Hüquq-mühafizə orqanlarımız çox təqdirəlayiq şəkildə işləyirlər. Məsələn, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları son dövrlər elə əməliyyatlar keçirirlər ki, adam valeh olur. Eləcə də Daxili İşlər Nazirliyini də qeyd edə bilərik. Bu nazirlik ən mobil və yüksək səviyyədə idarə edilən nazirliklərimizdən biridir. Daxili işlər nazirinin idarəçilik sahəsində etdiyi manevrləri diqqətdən kənarda qoymaq böyük günah olardı. Digər strukturlar da öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Bu strukturlar isə prezidentin ortaya qoyduğu konsepsiyaya uyğun hərəkət edirlər və ölkənin daxilində hansısa qüvvə sabitliyi pozmaq istədikdə, dərhal buna reaksiya verirlər. Ya Daxili İşlər Nazirliyinin müəyyən strukturları bu şəxsləri dərhal yerlərində oturdurlar, yaxud da kimsə gizlin şəkildə hansısa neqativ addım atmaq istəyirsə, o dövlətin təmsilçiləri də DTX-nın əməkdaşları ilə rastlaşırlar. Ona görə də qeyd etdiyim kimi həm daxili, həm də xarici siyasət prizmasından Azərbaycanda sabitlik çox möhkəmdir. Kriminal, xuliqanlıq elementlərini bir kənara qoyuram. Adi davranış azadlığı baxımından dünyanın digər ölkələrinə baxsaq görərik ki, hansı hadisələr baş verir. Sabitliklə bağlı çox vacib məsələlərdən biri də ərəb turistləri ilə bağlıdır. Bu turistlər hansı dövlətdə olublarsa, mütləq orada biliblər ki, burada ərəblər olub. Ancaq fikir verin ki, Azərbaycanda ərəb turistlərinin yaratdığı xaos, qeyri-sabitlik özünü çox az səviyyədə göstərir. Çünki təkcə dövlət deyil, millətin, xalqın özü də hər şeyə nəzarət edir. Bu cür də olmalıdır. Çünki dövlət, hakimiyyət orqanları sabitliyi qoruyursa, bunu xalq üçün edirlər. Bu baxımdan xalq özü də sabitliyinin keşiyində dayanmalı, xarici elementlərə öz sözünü deməlidir”.


Milli azlıqlara da münasibətdən danışan politoloq bildirib ki, ümumiyyətlə, ölkədə bu anlayış mövcud deyil: “Milli azlıq mövzusu Azərbaycanda yoxdur. Bu günə qədər heç bir milli azlıq durub deməyib ki, mən filan işi milli azlığın nümayəndəsi olduğum üçün görmədim. Azərbaycanda belə bir problem yoxdur. Ona görə də dövlətin bütün sahələrdə siyasəti düzdür, o cümlədən milli azlıqlarla bağlı. Ola bilər ki, bu gün kiminsə sosial problemi var. Bu problem konkret olaraq vətəndaşın sosial problemidir daha bunu hansısa topluma aid etmək olmaz. Heç kim deyə bilməz ki, filan etnik qrupun üzvü olduğum üçün təhsil ala bilmirəm və ya çörək qazanmağıma şərait yaradılmır. Cəmiyyətin də milli azalıqlara münasibəti çox doğru yöndədir. Nəticədə isə bu gün Azərbaycanda güclü sabitlik mövcuddur ki, bunu da qorumalıyıq”.(yeni musavat)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı