Cənubi Qafqazda genişmiqyaslı müharibə ehtimalı böyükdür.
Bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Qriqori Tromfimçuk söyləyib. Onun sözlərinə görə, Qarabağ konflikti yenidən qızışsa, o zaman Naxçıvan istiqamətində də hərbi əməliyyatlar müşahidə oluna bilər.
Ekspert Azərbaycanın Naxçıvanın önəmini çox gözəl anladığını bildirib:
“Azərbaycan Naxçıvanın önəmi ilə yanaşı, onun zəif tərəflərini də gözəl anlayır. Ona görə də Bakı özünün təhlükəsizlik nöqteyi-nəzərindən doğru davranaraq Naxçıvanın müdafiəsini gücləndirir.
Əgər regionda hərbi əməliyyatlar başlasa, Naxçıvan Cənubi Qafqazın diqqət mərkəzində olan məntəqələrindən biri olacaq. Qarabağda real müharibə başlasa, bu, böyük savaş olacaq. Sözsüz ki, belə olan halda raket zərbələrinə Ermənistanla yanaşı Azərbaycanın da böyük şəhərləri məruz qala bilər. Zərbələr bütün mümkün məntəqələrdən endirilə bilər. Müharibə başlasa, Azərbaycan Naxçıvanda çox faydalı mövqeyə sahib olacaq”.(axar.az)