ABŞ yeni bioloji silah növləri hazırlamağa çalışır.
Bunu “Arqumentı i Faktı” qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert İqor Nikulin söyləyib.
“Pentaqon dünyada biolaboratoriyaların yaradılmasına 1 milyard dollardan çox pul xərcləyib. Bu laboratoriyaların sayı artıq 400-dür. Onlar əsasən Afrika, Latın Amerikası və Asiyada yerləşdiriliblər. Keçmiş SSRİ ərazisində isə onların sayı 20-dir. Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ukraynada bunlar var. Keçən il 3 belə laboratoriyanı onlar Ermənistanda açıblar, indi isə növbə Azərbaycandadır. ABŞ məqsədyönlü şəkildə Rusiyanı laboratoriyalarla əhatələyib” – deyə o bildirib. (Axar.az)