Generallar Bakıda Qarabağdan nə danışdı?

Analitika 11:56 09.09.2017

Azərbaycan son günlərdə yenidən dünya güclərinin diqqət mərkəzinə düşüb. Sentyabrın 7-də Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilən görüş ölkəmizin dünyadakı nüfuzunu daha da artırdı.

Qeyd edək ki, Azərbaycanda keçirilən bu tipli görüşlər artıq mütəmadi hal almağa başlayıb. Belə ki, bu ilin fevralında Amerika və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri də məhz Bakıda görüşmüşdülər. Ekspertlər burun-buruna dayanan super güclərin görüş üçün ölkəmizi seçmələrinin təsadüf olmadığını vurğulayır, bu tipli görüşlərin ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələrinin olacağından söz açırlar. Belə görüşlərin bundan sonra da davamlı olacağı qeyd olunur.

Politoloq, deputat Elman Nəsirov Musavat.com-a açıqlamasında bu görüşün geosiyasi əhəmiyyətindən danışdı: “Hər kəsə bəllidir, bu bir həqiqətdir ki, Bakıda keçirilən bu görüş çox mühüm geosiyasi əhəmiyyəti olan bir hadisədir. Son zamanlar Rusiya ilə Amerika, NATO arasında münasibətlər son dərəcə gərginləşib. Hətta bu vəziyyət ”soyuq müharibə" dövrü ilə müqayisə olunur. Xatırlayırsınızsa, bu ilin fevralında da Amerika və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər. İndi də artıq ikinci belə bir görüş keçirilib. Bu onu təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri olduqca güclənib. Eyni zamanda bu, onu da təsdiqləyir ki, ölkə rəhbərinin həyata keçirdiyi balanslı siyasət müstəqil siyasətin birbaşa nəticəsidir. Bunun bizə çox böyük siyasi dividentlər gətirəcəyini indidən söyləmək mümkündür. Belə görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrə gəlincə, əvvəla, onu qeyd edim ki, bu danışıqlarda ilk növbədə, olduqca gərgin olan Rusiya-NATO münasibətləri, Rusiya-ABŞ münasibətləri, Suriya ətrafında və Yaxın Şərqdəki böhran kimi məsələlər əsas diqqətdə saxlanılıb. Amma bununla yanaşı, generalların Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşləri baş tutdu. Bu görüşdə də əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ oldu. Azərbaycan tərəfin dünyanın fövqəldövlətlərinin yüksək rütbəli generallarına münaqişə ilə bağlı real vəziyyət, Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələri ilə bağlı birbaşa məlumat vermək imkanı qazanıldı. Bu baxımdan çox mühüm hadisə oldu. Eyni zamanda cənab prezident İlham Əliyevin generallarla görüşü zamanı heç şübhəsiz ki, əsas diqqətdə Azərbaycan-Rusiya hərbi texniki əməkdaşlıq məsələləri, Azərbaycan-NATO əməkdaşlıq məsələləri diqqətdə saxlanıldı. Cənab prezident hər zaman bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti diqqətdə saxlayır, yüksək tribunalardan münaqişə ilə bağlı məsələləri şərh edir. Bununla Ermənistanın təcavüzkar siyasətini ifşa edir".

Deputat bu görüşü ölkəmiz adına unikal şans kimi qələmə verdi: “İki super gücün yüksək rütbəli generalları ilə təmas çox unikal bir imkandır ki, Ermənistanın təcavüzkar siyasətini detallarına qədər qarşı tərəfə çatdırasan. Nəzərə almaq lazımdır ki, bu münaqişədə Rusiya və Amerika həmsədr dövlətlərdir. Onu da unutmaq olmaz ki, NATO təxminən Amerika deməkdir. Çünki orada ən yüksək yerlərdə Amerika generalları olur. NATO-nun büdcəsinin 3/2-i də ABŞ-ın vəsaiti hesabına formalaşır. Belə olan vəziyyətdə şübhəsiz ki, bu təmas, görüş çox yaxşı imkandır ki, münaqişə ilə bağlı vacib informasiyalar qarşı tərəfə çatdırılsın. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, əsrimizin informasiya əsiri olduğu reallığını nəzərə alıb, belə görüşlər və cənab prezidentin onlara verdiyi münaqişə ilə bağlı dəqiq informasiyalar perspektivdə bizim üçün müəyyən siyasi dividentlər gətirir, hərbi müstəvidə üstünlük qazandırır. Bunu indidən əminliklə söyləmək mümkündür”.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı