Ölkədə artan qida zəhərlənmələrinin arxasındakı sirr

Analitika 13:50 09.09.2017

Ekspertlər həyəcan təbili çalır: “Nə qədər ki, qida təhlükəsizliyinə dair qanun işləmir...”

Tovuz rayonunda “Turan” şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə olub. Son məlumata görə, zərərçəkənlərin sayı 39 nəfəri keçib. 6 nəfəri azyaşlı olan 39 nəfərin 26-ı artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Həkimlərin müdaxiləsi nəticəsində xəstələrin heç birinin həyatı üçün təhlükə olmayıb.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal edilsə də, toy mərasiminin keçirildiyi “Turan” şadlıq sarayının sahibi Şükür Abbasov məsuliyyətin restorana aid olmadığını bildirib: “Biz orada heç nə hazırlamırıq. Qida məhsulları ev sahibi tərəfindən gətirilir. Biz yalnız zalı kirayə veririk”.
Qeyd edək ki, faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Bundan əlavə eyni gündə Bərdədə qidadan zəhərlənmə faktı qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, sentyabrın 7-də Bərdə şəhər sakini 42 yaşlı Qarayev Azər Camal oğlu, 33 yaşlı Ağayeva Aytən Fərman qızı, 39 yaşlı Əsgərova Gülnarə Fərhad qızı, 49 yaşlı Raqubov Azad Camal oğlu, rayonun Nazırlı kənd sakinləri - 1991-ci il təvəllüdlü Qarayeva Həcər Tofiq qızı, 1980-ci il təvəllüdlü Qarayev Asim Camal oğlu zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara müvafiq tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, zəhərlənən şəxslərin vəziyyəti normallaşıb və onlar evə buraxılıblar.
Bundan başqa Ağdamda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin saytında verilən xəbərə görə, sentyabrın 7-də Ağdam rayonunun Zəngişalı kəndindəki evlərdən birindən 6 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Eyni gündə baş verən zəhərlənmə hallarının hamısında səbəb ərzaq məhsulları olduğundan, bu faktlar bir daha Azərbaycanda qida təhlükəsizliyinin hansı vəziyyətdə olmasını gündəmə gətirir. Toy sahibinə bir neçə min manata gələn şadlıq məclisində verilən yeməklərin sonunda qonaqların sağlamlığı bahasına başa gəlməsi də günümüzün reallığıdır. Bəs görəsən, harada səhvə yol veririk? Restoranlarda, o cümlədən kafelərdə yediyimiz yeməklərə, marketlərdən aldığımız ərzaq məhsullarına necə nəzarət etməliyik. Bütün ölkə üçün aktual olan bu məsələdə dövlət orqanlarının üzərinə hansı vəzifə düşür?

Image result for Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov


“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qida təhlükəsizliyinə dair qanun olmadığından bu sahədə cəzasızlıq hökm sürür: “Cəmiyyəti insanlar deyil, qanunlar idarə edir. Lakin ölkədə qidanın təhlükəsizliyi haqqında qanun yoxdur. Qanun olmayan yerdə isə cinayət baş verir. Ona görə də belə hallar müşahidə olunur. Restoranlara tələb həddindən artıq çoxdur. Ona görə də keyfiyyət çox aşağı olur. Gigiyenik sertifikatı olmayan məhsulları yeyəndə zəhərlənmə olması normaldır, hətta bundan daha ağır hallar ola bilər. Restoranlarda elə salatlar verilir ki, onların saxlanma müddət cəmi bir neçə saatdır. Ancaq bu salatlar saatlarla, bəzən bir gün saxlanılır, daha sonra süfrəyə təqdim olunur. Nəticədə bu cür zəhərlənmə halları müşahidə olunur. Ona görə də mən deyirəm ki, çadır toylarına keçməyin vaxtıdır”.

Ekspertin sözlərinə görə, problemin səbəblərindən biri də odur ki, dövlət orqanlarının heç birinin sahibkarlıq obyektlərində yoxlama keçirmək səlahiyyəti yoxdur: “Restoranlarda iş başlayanda artıq dövlət idarələrində iş vaxtı bitir. Belə bir şəraitdə zəhərlənmələrin olması da normaldır. Restoranların fəaliyyətinə İqtisadiyyat Nazirliyi, yeməklərin keyfiyyətində, sağlamlığa təsirinə Səhiyyə Nazirliyi nəzarət etməlidir. Lakin bu nəzarət hazırda yox dərəcəsindədir. Ona görə də ölkə başçısının ötən ilin 10 fevralında imzaladığı ”Qida Təhlükəsizli Agentliyi"nin yaradılması haqqında sərəncam həyata keçirildikdən sonra bəlkə vəziyyət yaxşılaşar. İnsanların özlərinə də bu məsələdə diqqətli olmalıdırlar. Bir çox hallarda dövlət orqanları bu məsələdə istehlakçıları günahlandırırlar. İstehlakçılara tövsiyəmiz odur ki, süfrədə gördükləri hər şeyi ağına-bozuna baxmadan ağızlarına atmasınlar. Restoranlara nəzarətin olmadığı bir şəraitdə orada verilən ətlər də şübhəlidir. Restoranlara leş ətlərinin verilməsi də istisna olunmur".

Image result for Doktor Seyfəddin Əsəd


Doktor Seyfəddin Əsəd də “Yeni Müsavat”a açıqlamasında restoran yeməkləri yeyərkən diqqətli olmağı tövsiyə etdi:“Restoranların təqdim etdiyi süfrədə ən çox narahatlıq doğuran kolbasalardır. Bu isti havada süfrəyə qoyulan kolbasa dilimləri bir-iki saatın içində rəngini dəyişir. Səbəb isə odur ki, bu kolbasaların tərkibində kimyəvi maddələr - qatqılar var, açıq halda qaldıqda bu məhsulun rəngi dəyişir. Salatlar da bir çox hallarda köhnə olur. Əgər bu gün toy olubsa, həmin toydan qalan salatlar növbəti toyda süfrəyə qoyulur. Bu hər kəsin bildiyi bir haldır, gizli bir şey deyil. Daha bir məsələ odur ki, salatlar hazırlandıqdan sonra soyuducuda saxlanmasa yenidən tərkibi dəyişilir. Zəhərlənmənin səbəbi köhnə ətlər də ola bilər, həddindən artıq dərman vurulmuş pomidor-xiyar da ola bilər, yayın ortasında süfrəyə qoyulan şorabalar , duza qoyulmuş tərəvəzlər da ola bilər”.

Doktor Seyfəddin Əsəd axşam saatlarda bir neçə yeməyin qarışdırılmasının da ağırlaşma halların səbəb ola biləcəyini istisna etmədi: “Belə bir deyim var ki, səhər yeməyini özün ye, günorta yeməyini dostunla böl, axşam yeməyini isə düşmənə ver. Yəni axşam daha az yemək, gecə saatlarında isə ağır yeməklərdən çəkinmək lazımdır. Biz isə insanlar bütün məclislər, toyu, nişanı, ad gününü axşam saatlarına salır. Dünya isə hazırda mono qidaya gedir. İnsan sağlam qalmaq üçün tək qida yeməlidir. Bizdə insanlar bütün qidaları eyni vaxtda qəbul edir, qarışdırır və ondan sonra həzm problemlərindən şikayətlənir. İnsanların mədəsində turşuluq çoxdur. Restorandan da turşu xiyar, turşu pomidor və sair süfrəyə qoyulur. Yayın təzə tərəvəzləri olan yerdə də turşu verilir. Ən çox zəhərlənmə verən qidalardan biri də pərpətöyün turşusudur. Bu bitkinin özü zəhərdir, onun turşusu da. İnsanları qocaldan və tez ölməsinə səbəb olan maddələrdən biri turşudur. Ona görə də, tək qida yemək məsləhət görülür. Həmçinin yaxşı olar ki, gündə 3 dəfə 1 stəkan suya 1 çay qaşığı xörək sodasını əlavə edib qəbul etsinlər. O zaman qanda qələvi mühit yaranır və ömür uzanır. Bundan başqa yaxşı olar ki, tərəvəz salatı və meyvə yeməkdən yarım saat əvvəl yeyilsin, yeməklə eyni vaxtda yeyilməsin. Mayelər də yeməkdən ya əvvəl, ya da yarım saat, 1 saat sonra qəbul edilməlidir. Yeməklə eyni vaxtda kompot və ya meyvə şirəsi qəbul etmək olmaz. Çünki kompot mədə şirəsini yuyur və yemək həzm oluna bilmir, bağırsaq daşına çevrilir”.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Hamısı