İŞİD törətmədiyi teraktı niyə üzərinə götürür? ŞƏRH

Analitika 09:38 04.10.2017

İŞİD və başqa terror təşkilatları son dövrlərdə dünyanın müxtəlif ölkələrində baş verən teraktların məsuliyyətini öz üzərinə götürür. Lakin bəzən teraktın baş verdiyi ölkənin rəsmiləri bəyanat yayaraq, hadisənin sözügedən qruplaşmalar tərəfindən törədilmədiyini bildirirlər.

Analoji hal ötən gün Las-Veqasda baş vermiş teraktdan sonra yaşanıb. İŞİD hadisəni özünün törətdiyini açıqlasa da, ABŞ rəsmiləri qatilin ölkə xaricindəki hər hansı terror qrupu ilə əlaqəsinə aid heç bir dəlil aşkarlanmadığını bildirib.

Politoloq Elxan Şahinoğlu ilə sözügedən mövzu çərçivəsində söhbəti təqdim edirik:

- ­­Bir müddət öncə ABŞ Müdafiə naziri Ceyms Mettisin Əfqanıstana səfəri zamanı hava limanı yaxınlığına raket atıldı. İŞİD və Taliban hadisənin məsuliyyətini öz üzərinə götürmək üçün yarışa girdilər. Lakin Pentaqon məsələ ilə bağlı açıqlama verərək, raketin ABŞ HHQ tərəfindən səhvən atıldığını bəyan etdi. Sizcə, terror təşkilatları törətmədikləri teraktların məsuliyyətini niyə öz üzərlərinə götürməyə çalışırlar?

- Bu, adətən, terror təşkilatlarının xüsusiyyətlərindən irəli gəlir. Hətta onlara aid olmayan hadisələr baş verəndə belə məsuliyyətini boyunlarına götürməkləri güc sərgiləmək məqsədi güdürlər. Son vaxtlar Avropada baş verən istənilən hadisənin məsuliyyətini İŞİD üzərinə götürür. Amma bir çox hallarda baş verən kütləvi cinayətlərin terrorçularla bağlılığı olmur. Düzdür, bəzən bu teraktları radikallar törədir. Bunun bir səbəbi də odur ki, son vaxtlar İŞİD-in Suriya və İraqda fəaliyyət dairəsi getdikcə məhdudlaşır, müəyyən məğlubiyyətlərlə üzləşir. Ona görə də bunun intiqamını Qərbdən almağa çalışır. Hər hansı bir İŞİD üzvünün Avropada terakt törətməsi problematikdir. Uzaqbaşı internet vasitəsilə həmin ölkələrdəki vətəndaşları bu işə cəlb edə bilərlər. Beləliklə də sosial şəbəkələr üzərindən beyni zəhərlənmiş insanlar dünyanın müxtəlif ölkələrində qətllər törətməyə başlayır.

C.Mettisin Əfqanıstana səfəri zamanı raket atılması hadisəsi həddindən çox rezonans doğurduğu üçün İŞİD və Taliban bu hadisənin məsuliyyətini öz üzərinə götürdü.

- İŞİD Las-Veqas teraktının məsuliyyətini də üzərinə götürüb. Halbuki Amerika polisi həmin şəxsin teraktla əlaqəsi olmadığını bildirib.

- Las-Veqasdakı hadisəni İŞİD-in öz üzərinə götürməsi gülməlidir. ABŞ kimi bir ölkədə o qədər insanı birdən öldürmək ciddi bir məsələdir. Belə olaylar ABŞ-da nadir hallarda olur. İŞİD sözügedən hadisəni üzərinə götürməklə elə təəssürat yaratmaq istəyir ki, sanki ABŞ-la savaşır.

- Terror qruplaşmaları ilə heç bir əlaqəsi olmayan şəxslərin dünyada baş verən hadisələrdən təsirlənərək dəhşətli qətllər törətməsi bu təşkilatların “uğuru” sayıla bilərmi?

- Bəzən İŞİD və digər terror qruplaşmaları ilə əlaqəsi olmayan, Əfqanıstan, Suriya və İraqda savaşmayan bir şəxs terror törədir. Məlum məsələdir ki, bu insanlar təbliğata uyur. Onlar sosial şəbəkələrdə İŞİD-in fəaliyyətini görür və sonra terror törətməyi qərara alırlar. Bu, son illər Böyük Britaniyada, Fransada da baş verib. Bu da terrorçuların “uğuru” sayıla bilər ki, onlar uzaq məsafədən bəzi radikalları öz planlarına daxil edə bilirlər.

- Bu yaxınlarda rusiyalı senator terror qruplaşmalarının sui-qəsd cəhdlərinin məsuliyyətini üzərinə götürmək istəyini maliyyələşmə ilə əlaqələndirib. Burada hansı maliyyədən söhbət gedir?

- Söhbət o maliyyə bazalarından gedir ki, terror təşkilatları “uğurlu” əməliyyatları aparmaqla öz sponsorlarından pul almağa çalışırlar. Amma inanmıram ki, özünə hörmət edən hansısa ölkə indiki şəraitdə İŞİD-ə böyük pullar ayırsın. Bu pullar elə-belə verilmir. Gərək sözügedən təşkilatlar böyük “uğurlar” qazansın ki, onlara maliyyə ayrılsın. Son dövrlərdə baş verən teraktların sayının artması bununla əlaqəlidir.

- Müəyyən dövlətlər və ya hər hansı siyasi qüvvələr İŞİD terror təşkilatına sifarişlə iş gördürürlər? Yəni İŞİD onların tapşırıqları əsasında teraktlar törədir?

- Məsələn, Suriya Prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək üçün müəyyən qruplar vaxtilə terrorçulara dəstək olub, maliyyə ayırıb, onları silahlandırıblar. Lakin indi Əsəd Rusiyanın hesabına öz mövqelərini gücləndirib. Bu saat onu devirmək mümkün deyil. Düşünmürəm ki, belə bir şəraitdə dövlətlər terrorçu qruplaşmalara silah versin. Həm də artıq bu məsələlər müxtəlif ölkələrin kəşfiyyatı tərəfindən izlənilir. Hansısa bir dövlət və ya mərkəz terrorçulara dəstək versə, anında üstü açılacaq və həmin dövlətlərə qarşı sanksiyalar tətbiq olunacaq. Buna görə də real vəziyyətdə müxtəlif qrupların və ya dövlətlərin terrorçulara dəstək verməsi riskli məsələdir. (Axar.az)

Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Hamısı