Ötən gün Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar deputatlığa namizəd irəli sürülən Ceyhun Çovdarovun güllələnməsi ilə bağlı müxtəlif fikilər yayılmaqdadır. Əksəriyyət burada erməni izinin olmasını istisna etmir. Atıas Araşdırmalar Mərkəsinin Rəhbəri, politoloq Elxan Şahinoğlunun Eurasia Diary portalına verdiyi açıqlamaya görə, burada müxtəlif səbəblər ola bilər. Ya bu həmin namizədin rəqiblərinin işidir, ya da bunda Gürcüstanda yaşayan radikal ermənilərin əli ol bilər.
"Doğrudur, Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər arasında ciddi toqquşmalar qeydə alınmır. Ancaq bu o demək deyil ki, bəzi erməni qruplar azərbaycanlılara qarşı hər hansı təxribat planlaşdırmırlar. Necə ki, vaxtilə Qarabağda bizə arxadan zərbə vurdular, indi də eyni planı Gürcüstanda reallaşdırmağa çalışa bilərlər. Ona görə də Gürcüstanın müvafiq güc strukturları son hadisəni ciddi araşdırmalı və ölkədə xaos yaratmaq istəyən qüvvələri müəyyənləşdirməlidir"-deyə politoloq bildirib.
Qeyd edək ki, Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər.