Putin-Ərdoğan görüşünün Qarabağ gizlinləri Yaxın zamanlarda çox şey üzə çıxacaq

Analitika 10:06 11.11.2017

"Rusiya və Türkiyə prezidentlərinin görüşündə Dağlıq Qarabağ probleminin həllinə də toxunulacaq. Lakin onlar əsasən öz aralarında olan iqtisadi-siyasi və regional məsələlərə diqqət yetirəcəklər. Ona görə də Qarabağ probleminə ayrıca deyil, həmin məsələlərin fonunda və Azərbaycan-Ermənistan prizmasından kompleks şəklində baxılacaq. Düzdür, hamısı nəsə deyir, amma problemin həlli ilə bağlı real addım yoxdur".

Bu barədə "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşün Dağlıq Qarabağ probleminin həllinə mümkün təsirlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Rusiyanın böyük imkanları var. Bu isə onu göstərir ki, ehtimal ki, Ərdoğanla Putin arasında danışıqlar olub, amma onların məzmunu və nəticələri gizli saxlanılır: "Ərdoğanın bəyanatı o deməkdir ki, Dağlıq Qarabağın həllində dair danışıqlar prosesində aparıcı qüvvə məhz Rusiyadır. İkincisi, bu bəyanat Ermənistanı narahat etməyə bilməz. Çünki ermənilər da yaxşı anlayırlar ki, Ərdoğan durduğu yerdə bu sözü elə-belə deməz və bu Rusiya ilə pərdəarxası danışıqlarda əldə olunmuş hansısa nəticənin göstəricisidir.

Proseslərin gedişi göstərir ki, hazırda Ermənistan uduzmuş haldadır. Ona görə də məhz Dağlıq Qarabağ problemini yaratması nəticəsində bütün regional iqtisadi layihələrdən kənarda qalmış Ermənistanda prezident Serj Sarkisyanı Gürcüstana Cavaxetiya bölgəsinə göndərib oradakı erməniləri Bakı-Tiflis-Qars dəmiryoluna əngəl yaratmaq üçün qızışdırmağa çalışırlar".



E.Ələsgərovun fikrincə, aparılan pərdəarxası danışıqların nəticəsi bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi gedir. Bununla bağlı son olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Pərdə arxasında isə Rusiya və Türkiyə var. Düzdür, ATƏT-in Minsk qrupunda ABŞ və Fransa da yer alır, amma məncə onlar hazırda nisbətən kölgədə qalıblar. Çünki ABŞ konkret addım atmayınca Fransa da heç nə etmir. Amma Rusiya daha fəaldır və xarici işlər naziri Sergey Lavrovun son bəyanatları bunu bir daha sübut edir.

Azərbaycan Türkiyə ilə birgə böyük iqtisadi layihələr həyata keçirir. Rusiya da bu layihələrdə iştirak etmək istəyir. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan isə bu layihələrdən təcrid olunmuş vəziyyətdədir. Serj Sarkisyanın da Putinlə görüşmək istəməsinin səbəbi də görünür, Ermənistanın hansısa addımları atmağa vadar olmasıdır. Çünki 2018-ci ildə Ermənistandan hökumət dəyişikliyi olacaq. Prezident Serj Sarkisyanın bu dəfə baş nazir olacağı deyilir. Belə qarışıq vəziyyətdə Qarabağ məsələsində də dəyişiklik ola bilər.

Bundan əlavə, Avropa Birliyi ilə Ermənistan arasında saziş imzalanmalıdır. Bu sazişdə Rusiyanın xeyrinə olmayan müddəalar yer ala bilər. Ola bilər ki, orada Qarabağa dair müddəalar da olsun. Çünki Azərbaycan da Avropa Birliyi ilə danışıqlar aparır. Anlaşma hazırlanır və orada da Dağlıq Qarabağla əlaqədar gözləntilərimiz var. Ümumilikdə, Dağlıq Qarabağ problemi ətrafında çox fəal olmasa da, pərdəarxası bəzi danışıqlar gedir. Bu məqamlar yəqin ki, Məmmədyarov-Nalbandyan görüşündən sonra özünü daha aydın şəkildə büruzə verəcək".

Qeyd edək ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolunun rəsmi açılışı ilə bağlı Azərbaycana etdiyi səfərindən sonra bu görüş barədə belə demişdi: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Əgər cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq".(milli.az)

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı