Putin Lavrovun səhvini düzəltməyə çalışdı

Analitika 19:15 09.12.2017
Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Putin ölkəsində yüksək reytinqə malikdir. O, elə birinci turda qələbə qazanacağına ümid edir. Putinin rəqibləri zəifdir və indiki durumda Rusiyada prezident seçkisində ciddi rəqabətin olacağını gözləmək mümkün deyil.
 
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Putin baş nazir olduğu dövrdə, yəni 2008-ci ildə Gürcüstan torpaqlarını, prezident olduğu illərdə, yəni 2014-cü ildə isə Ukrayna torpaqlarını işğal edib:
 
“Bu iki hadisədən sonra Qərb ölkələrinin Rusiya hakimiyyəti ilə münasibətləri xeyli gərginləşdi. Putinin dünyada dostları azdır, onunla müttəfiq olan dövlət başçıları belə Kreml sahibinin siyasətindən ehtiyat edirlər. İndinin özündə Vaşinqton Moskva ilə münasibətlərinin normallaşması üçün bu şərti irəli sürür: “Krım Ukraynaya geri qaytarılmalıdır”. Aydındır ki, nə qədər ki, Vladimir Putin prezident olacaq, Rusiya Krımı Ukraynaya geri qaytarmayacaq. Ümumiyyətlə, Rusiyada bundan sonra da prezidentlin kimliyindən asılı olmayaraq, Krımın Ukraynaya geri qaytarılması problematikdir”.
 
Politoloq vurğulayıb ki, belə vəziyyətdə ABŞ-Rusiya münasibətləri normallaşmayacaq, Qərbin Rusiyaya qarşı saknsiyaları ortadan qaldırılmayacaq:
 
“Əlaqələr və görüşlər olacaq, ancaq Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı əməkdaşlıq mümkün olmayacaq. Yalnız Avropanın bir neçə ölkəsi Krımın işğalına rəğmən, Putinlə əməkdaşlığa maraq göstərəcəklər. Ancaq həmin ölkələrin liderləri də Brüsselin xəbərdarlıqları ilə hesablaşmaq məcburiyyətindədirlər”.
 
Politoloqun sözlərinə görə, Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsi Azərbaycanda da ciddi müzakirə olunur:
 
“Birincisi, rəsmi Bakı Kremllə münasibətlərə xüsusi önəm verir və bu münasibətləri maksimum normal səviyyədə saxlamağa çalışır.
 
İkincisi, Rusiya Azərbaycan kənd təsərrüfatı məhsulları üçün əsas bazardır.
 
Üçüncüsü, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və qazandıqları gəlirin bir hissəsini Azərbaycanda yaşayan ailələrinə göndərirlər. Dördüncüsü, Rusiyanın işğalçı Ermənistana böyük təsir imkanları var və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas vasitəçidir. Ona görə də Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin dəyişib-dəyişməyəcəyi Azərbaycan üçün vacibdir. Putin prezident olduğu dövrdə iki ölkə arasındakı münasibətlər stabil qalacaq, nə böyük inkişaf, nə də ciddi problemlər olacaq. Putin növbəti illərdə də Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır. Putin Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarına malikdir. O, bu siyasəti bundan sonra da davam etdirəcək”.
 
Politoloq qeyd edib ki, Putinin Azərbaycanda səfir təyinatına reaksiyası da maraqlıdır:
 
“Vladimir Putin 9 ildən sonra Azərbaycandakı səfir Vladimir Doroxini Georgi Zuyevlə dəyişmək qərarına gəldi. Rəsmi Bakı bu qərardan narazı qaldı. Çünki deyilənlərə görə, Georgi Zuyev Rusiyanın separatçı Abxaziyada maraqlarını təmsil edib və separatizmə dəstək verən açıqlamalar səsləndirib. Bakı belə bir səfirin Azərbaycanda işləməsinin əleyhinə çıxdı. Kuluar söhbətlərində hətta rəsmi Bakının Zuyevə aqreman vermədiyi də açıqlandı. Bundan sonra Rusiya XİN-dən açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Bu hələ yekun qərar deyil. Ancaq hər halda Kremlin Zuyevin namizədliyində israr etməməsi Putinin Bakı ilə münasibətlərdə problem yaşamaq istəmədiyindən irəli gəlir. Əslində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov separatizmi dəstəkləyən birisini Azərbaycana səfir təyin etməməli idi. Onun səhvini Putin düzəltməyə çalışdı”.
 
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
Hamısı