"Putin yeni prezidentliyi dönəmində Qarabağ münaqişəsinin həllinə əvvəlki tək maraq göstərməyəcək çünki..."

Analitika 09:55 14.12.2017

Əhəd Məmmədli: “Rusiya və İranda siyasi rejimlərin dəyişməsi Azərbaycanın xeyrinə olardı”

Gələn ilin martında Rusiyada keçiriləcək prezident seçkisi Azərbaycanla bağlı bir sıra məsələləri gündəmə gətirib. Əsas müzakirə edilən məsələlərdən biri şimal qonşumuzda seçkilərin nəticələrinin ölkəmizə hansı təsirlərinin ola biləcəyi barədədir.

Azərbaycanın yerləşdiyi regionda digər ölkələrdə baş verə biləcək siyasi dəyişikliklər, hər bir dövlətin Azərbaycanla münasibətləri, ölkəmizə bütün istiqamətlərdə təsirləri və digər məsələlər müzakirə edilir.

Qardaş Türkiyədə ötən il baş verən 15 iyul qiyamı qalib gələrdisə, Azərbaycana vuracağı ziyanlar və digər bu kimi məsələlər müzakirə obyektidir. Cənub qonşumuz İran da müzakirələrdən kənarda deyil. Cənubi Azərbaycanın timsalında bu dövlətdə daxili sabitliyin pozulmasını, hakimiyyət dəyişikliyini istəyənlər də var, bunun əksini dilə gətirənlər də.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan üçün önəmli olan regionun əsas dövlətlərində gedən daxili siyasi proseslərdən söz açdı: “Vladimir Putinin prezident seçilməsi ehtimalı yüksəkdir. Ona görə də hansısa başqa namizədin seçiləcəyi Rusiyada heç müzakirə olunmur. Ona alternativ siyasətçilər dəfələrlə prezidentliyə namizəd olublar və hər dəfə də məğlubiyyətə uğrayıblar. Putinin prezidentliyi Qarabağ münaqişəsinin həllinə yaxşı heç nə vəd etmir. O, əvvəlki tək münaqişənin həllinə maraq göstərməyəcək. Putin eyni zamanda Azərbaycanın Ermənistan üzərindən hərbi üstünlük qazanmasına da mane olmağa çalışacaq. Necə ki, 2016-cı ilin aprelində işğalçı üzərində daha böyük qələbə qazanmağımıza mane oldular. Putinin yerinə bir başqa siyasətçi prezident olsa belə Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşacağını zənn etmirəm. Dmitri Medvedyev prezident olduğu illərdə də Kreml Qarabağ münaqişəsinin həlli istiqamətində nəticəyə hesablanmış addımlar atmadı. Türkiyədə 2016-cı ildə hərbi çevriliş uğurla nəticələnsəydi, bu, Azərbaycan üçün də yaxşı gedişat olmayacaqdı. Çevriliş Türkiyəni zəiflədəcəkdi, illərlə geri salacaqdı, bu isə Azərbaycanın da maraqlarına cavab vermir. Azərbaycan bölgədə güclü və stabil Türkiyədən yanadır. Buna baxmayaraq, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, iki ölkə arasındakı müttəfiqlik zamanın tələbidir. İstənilən siyasətçi bu tələblə hesablaşmalıdır. Hər iki dövlətin bir-birinə ehtiyacı var. Əgər əvvəllər iki qardaş dövləti bir-birinə siyasi və hərbi tellər bağlayırdısa, indi ortada dəyəri on milyardlarla dollar ortaq enerji layihələri var. Bu layihələrin varlığı bölgədə təhlükəsizlik amilini aktuallaşdırır. İranın daha çox demokratikləşməsi Azərbaycanın da maraqlarına cavab verir. İranda islahatların dərinləşməsi və güneydə yaşayan azərbaycanlıların istəklərinin yerinə yetirilməsi Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir. İranın işğalçı Ermənistanla olan əlaqələri bizi hər zaman narahat edir və biz haqlı olaraq Tehranın xarici siyasətini korrektə etməsini arzulayırıq. Ancaq bu siyasət dəyişməsə belə, indiki halda da Azərbaycanla İran arasında əməkdaşlığın inkişafı hər iki dövlətin xeyrinədir. Ortada böyük layihələr var. Azərbaycan-İran iqtisadi əlaqələri Ermənistan-İran əlaqələrini dəfələrlə üstələyir. Siyasətdə isə iqtisadi amil önəmlidir. Azərbaycanla İran arasında iqtisadi və enerji layihələri o qədər genişlənməlidir ki, bu, Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını köklü surətdə dəyişməsinə xidmət etməlidir”.

Image result for Politoloq Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli Rusiya və Türkiyədə dəyişən vəziyyətin birbaşa Azərbaycana təsir etdiyini söylədi: “Ümumiyyətlə, Azərbaycana həmişə iki ölkənin təsiri olub: Türkiyə və Rusiyanın. Biri qan baxımından, digəri tarix baxımından bizə digərlərindən ən azı bir addım daha yaxındır. Türkiyə və Rusiya yeganə ölkədir ki, orada vəziyyət daxildə dəyişsə, Azərbaycana da təsir edəcək. Putin gələn il Rusiyanın prezidenti seçiləcək, təbii ki, hansısa fors-major olmasa... Azərbaycan üçün Rusiyada Putinlə müqayisədə daha yumşaq, demokrat lider sərf edərdi. Rusiyanın prezidenti daha yumşaq, demokrat olsa Qarabağ problemini həll etmək daha asan olacaq. Putin Rusiyası Ermənistanın yanında sona qədər duracaq. Bu birmənalıdır. Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəlsə, ancaq bu halda Putinə təsir etmək olar ki, Azərbaycana Qarabağın qaytarılması üçün mane olmasın. Hazırda Ermənistanda qərbyönümlü qüvvənin hakimiyyətə gəlməsi də mümkün görünmür. Türkiyədə qiyam qalib gəlsəydi, bu, nəinki Türkiyəyə, eyni zamanda türk-İslam dünyasına böyük zərbə vurardı. Türkiyə Azərbaycan münasibətləri protokol qaydası ilə qalacaqdı, lakin bu səmimi, xalqlar arasındakı türk birliyinə ciddi zərbə olacaqdı. Türkiyədə yenidən Amerikaya tabe olan yırtıcı qüvvələr hakimiyyətə qayıdıb, Türkiyəni Amerikanın vassalı vəziyyətinə qaytaracaqdı. Bu da yenidən zəif, iddiasız Türkiyəyə qayıdış olacaqdı. Azərbaycanın milli maraqlarına uyğun isə güclü, böyük iddialı Türkiyədir. Hərbi qiyamın məğlub olması bütün türk-İslam dünyası kimi Azərbaycanın da maraqlarına cavab verdi. İranda rejim dəyişsə, bu ölkə demokratikləşsə, federasiya vəziyyətinə salınsa, bu, şübhəsiz, Azərbaycanın xeyrinə olacaq, Cənubi Azərbaycan rahat nəfəs ala biləcək. İranda türklər farslarla bərabər hüquqa malik olsa, bu, İranı dövlət olaraq Azərbaycana daha da yaxınlaşdıracaq. Ümumiyyətlə,  yuxarıda qeyd etdiyim kimi, region və dünyada iki ölkə var ki, orada daxili vəziyyətin dəyişməsi bilavasitə Azərbaycana da təsir edəcək, bu iki ölkə Türkiyə və Rusiyadır. Azərbaycanın xeyrinə isə Rusiya və İranda siyasi rejimlərin dəyişməsidir. Çünki Rusiya və İrandakı indiki rejimlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə təhdidlər, torpaqlarımızın bir hissəsini işğal edən Ermənistanın ən yaxın müttəfiqləridir”. 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Hamısı