Təhsilimizdə QƏRİBƏ OLAY 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Analitika 17:00 20.12.2017

İl başa çatmamış növbəti il üçün orta məktəblərdə tədrisi nəzərdə tutulan dərsliklər artıq satışdadır. Üstəlik, dərsliyin üzərində onun 2018-ci ildə çap olunduğu yazılıb.

Belə ki, 7-ci sinif “Azərbaycan tarixi” dərsliyinin 2018-ci il satış məqsədilə çap olunmuş nüsxələrini satışdan əldə etmək olar. İlk baxışda adi texniki səhv kimi görünsə də, məsələ o qədər də bəsit deyil. Heç şübhəsiz ki, hazırda yeni nəşr kimi alıcılara təqdim olunan bu dərslikdə səhvlər var. Həmin səhvlər növbəti tədris ilinə qədər aradan qaldırılıb yenidən çap olunacaq dərsliklər olmayacaq. Lakin növbəti tədris ilində bu dərsliyi satışdan əldə edən şəxslər onun 2017, yoxsa 2018-ci ildə çap olunduğunu bilməyəcək. Çünki hər iki variantın üzərində 2018-ci ildə çap olunduğu yazılacaq.

Təhsil eksperti Kamran Əsədov problemin yaranma səbəbi və onun şagirdlərə yaradacağı sıxıntılardan danışıb:

“Qanuna görə dərsliklərin çap olunma tezliyi var. Nəşriyyat istədiyi vaxt hər hansı dərsliyi çap edib satışa buraxa bilməz. Dərsliyin təkrar nəşri ilə bağlı sifarişi Təhsil Nazirliyi verməlidir. Bu zaman məktəblərdə dərsliklərə olan ehtiyac nəzərə alınaraq hər il dərsliklərin 15-20 faizi təkrar çap olunur. Lakin nazirlik bu qədər sifariş versə də, nəşriyyatlar daha çox gəlir əldə etmək üçün 25 faiz çap edib, satışa buraxırlar. Amma təkrar nəşrdə əvvəlki ilərdəki səhvlər aradan qaldırılmalı və tədris ilinə qədər çap olunmalıdır. 2018-ci ildə istifadə üçün nəzərdə tutulan dərslik 2017-ci ildə çap oluna bilməz”.

Ekspert bildirib ki, dərslikdə belə səhvin olması iki səbəbdən qaynaqlana bilər: “Bu ya texniki səhv ola bilər, ya da ilin sonu olduğundan hesabatlarda maliyyə problemlərini aradan qaldırmaq, kəsiri tamamlamaq məqsədi daşıyar. Növbəti ildə dərslikdəki səhvlər aradan qaldırılaraq yenidən çap olunacaq. 2018-ci ildə ali məktəbə hazırlaşan abituriyentlər dərslik alanda onun hansı ildə nəşr olunduğu bilməyəcək. Dolayısı ilə səhvlərin qaldığı dərsliyi də alması mümkündür. Əlbəttə, müəllimlər onlara doğru yol göstərə bilər. Lakin əgər müəllim də bəzi məqamlardan xəbərsiz olsa, problem o zaman daha ciddi olacaq. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi də qəbul imtahanlarında əsas mənbə kimi rəsmi təsdiq edilmiş dərsliklərə əsaslanır”.

Məsələ ilə bağlı dərsliyin çap olunduğu “Təhsil” Nəşriyyatı ilə əlaqə saxladıq. Nəşriyyat rəsmisi Elşən Məmmədovbunun texniki yanlışlıqdan qaynaqlanmadığını dedi:

“Bizim çap etdiyimiz dərsliklərdə heç zaman texniki və digər səhvlər olan dərslik, dərs vəsaiti çap oluna bilməz. Satışda olan dediyiniz dərslik bizim nəşriyyat tərəfindən çap edilməyib. Biz istehsal etdiyimiz hər bir məhsula qarşı cavabdehik. Necə ola bilər ki, 2018-ci il başlamamış, dərsliyin üzərində çap tarixi həmin il göstərilsin? Bu, mümkün deyil. Bu plagiat dərslik çap edən şəbəkə tərəfindən çap olunan dərslik ola bilər. Biz də həmin şəbəkələrə qarşı mübarizə aparırıq. Onlar görünüşcə fərqli olsalar da, bəzən orijinal dərsliklə eyni qiymətə satışa təqdim edilir”.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Hamısı