Mixail Magid,
publisist, özəl olaraq Eurasia Diary üçün
2014-cü ildə baş vermiş inqilab sayəsində Ukrayna Rusiya Federasiyası və Belarus Respublaksından daha azad oldu. Ukraynada (İspaniya və ABŞ-dan fərqli olaraq) nümayişlər, müxtəlif müxalifət partiyaların və hətta bəzən Rusiya yönümlü blokların üzvlərinin televiziya kanallarında bəyanat vermələri üçün bir çox imkanlar var. Sərbəst şəkildə nümayişlər keçirərək hakimiyyətdə olan siyasətçini həm lehinə həm də əleyhinə çıxış etməklə ultra-millətçi, liberal, anarxist mövqelərdən ittiham etmək olar.
Lakin Ukraynada separatçılar üçün söz azadlığı mövcud deyil. Çünki onlarla müharibə aparılır, lakin bu istənilən müharibə zamanı baş verir. Belə bir sual yaranır: “Əgər İspaniyada silah tətbiq etməklə Kataloniya separatçılarının nümayişi, Amerikada isə məsələn, İraq və Əfqanıstanda olan müharibələrə qarşı keçirilən etirazları dağıtsaydılar nə baş verərdi? Cavab sadədir: Söz azadlığı ilə bağlı vəziyyət orada da Donbas separatçılarının nümayişlərinin qəddarlıqla yatırıldığı Ukraynadakı kimi olardı.
Hazırda dünyanın hər yerində söz azadlığı boğulur. ABŞ-da Kiyev maydanına bənzər bütün xalq yığıncaqları (Okkupay Uoll-Strit və bütün iri şəhərlərdə buna bənzərləri) polis tərəfindən dağıdılıb, yüzlərlə insan həbs olunub, yaralananlar olub. Maraqlıdır ki, Ukraynadan fərqli olaraq, bu nümayişlər silahsız və son dərəcə sülhməramlı idi. ABŞ-da polis-məhkəmə sistemində qanunpozuntularına yol verilməsi nəticəsində küçə nümayişlərində azadlıqlar pozulur və insan hüquqları de-fakto işləmir. Amerikanın Ayova ştatında bahalı vəkili olmayan istənilən şəxsi şərti azadlıqdan məhrumetmə cəzası ilə həbs etmək olur. Televiziya kanallarına gəldikdə isə, onlar da buna bənzər siyasi təbliğat aparırdı və ancaq Trampın seçilməsindən sonra onlar arasında mübahisə və rəqabət artdı. Nəticədə isə, söz azadlığı üçün geniş məkan yarandı və informasiya mənzərəsi daha da canlanmış oldu.
İstənilən halda söz azadlığından danışarkən, anlamalıyıq ki, ölkələr arasında bu sahədə fərqlər elə də böyük deyil.
Bununla yanaşı, Ukrayna siyasi inqilabının potensialının tükəndiyi açıq-aydın görünür. Güman etmək olar ki, zamanla nümayişlər və yığıncaqlarla bağlı vəziyyət də pisləşəcək.