"ABŞ illərin sınağından çıxmış Türkiyə kimi müttəfiqi artıq özü üçün itirib" Elxan Şahinoğlu

Analitika 16:33 17.01.2018
"ABŞ-ın dediyində məntiq yoxdur. Guya 30 min PKK-ya bağlı radikal kürdü və terrorçuluqla əlaqəli olan kürdü silahlandırır ki, İŞİD-ə qarşı mübarizə aparsın. Onlar da terrorçu bunlar da terrorçu. Terrorçu terrorçu ilə mübarizə apararmı?"
 
Bu sözləri ABŞ-ın Türkiyə sərhədlərində YPG terrorçularından ibarət 30 minlik ordu yaratması və iki dövlət arasında münasibətlərin daha da gərginləşməsi barədə Eurasia Diary-ə danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. 

Bundan əlavə, onsuz da Suriya ərazisində terrorçular böyük ölçüdə Rusiya-Türkiyə-İran işbirliyi əsasında neytrallaşdırılıb. Yəni Amerikanın bu şəkildə müdaxiləsinə ehtiyac yoxdur. Sadəcə Amerikada görünür müəyyən qüvvələr, müəyyən mərkəzlər, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi düşünürlər ki, Suriyaya artıq Rusiya-Türkiyə-İran üçlüyü hakim ola bilər və Amerika bu üç dövlətlə münasibətləri hamar deyil. Üçündən ancaq Türkiyə keçmişdə strateji tərəfdaş və müttəfiq olub amma son illər Türkiyə ilə münasibətdə də xeyli gərginlik yaradıb. Gərginliyin də səbəbləri bəllidir. Əl-Qaidə Suriyadakı kürdlərə silah-sursat ötürürdü, Fətullah Güləni ekstradisiya etmir və o Pensilvaniya ştatında yaşayıb yenə öz tərəfdaşlarına rəhbərlik edir. Halbuki 2016-cı ildə çevrilişə cəhd nəticəsində 250  türk vətəndaşı qətlə yetirildi. Və Amerikada başqa məhkəmə çəkişmələri gedir ki, hədəf yenə də Türkiyədir. İndi üstəgəl də 30 min nəfəri silahlandırmağa qərar veriblər. Əlbəttə indiki vəziyyətdə Amerikanı Türkiyənin strateji tərəfdaşı, hətta tərəfdaşı adlandırmaq bir qədər doğru olmaz. ABŞ-ın məqsədi odur ki, Suriyada o da varlığını qorusun və Rusiya Türkiyə İran maraqlarına qarşı bir müqavimət göstərsin. Amma məncə gecikmiş addımdır. Əgər Amerika orda rol oynamaq istəyirdisə elə Barak Obamanın dövründə fəallaşa bilərdi. Barak Obama o vaxt ehtiyatlı siyasət yürütdü. Baxmayaraq ki, deyirdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə bu onun üçün qırmızı cizgi olacaq amma kimyəvi silahdan istifadə olundu, Barak Obama yenə addım atmadı. Tramp gəldi. Tramp bir ara Şimali Koreya ilə kəllə-kəlləyə gəldi. İndi amma yenidən o məsələ də bir qədər fasilə götürdü. İndi də Suriyada aktivləşmək istəyir. Amma bu aktivləşmə Amerikanın özünə ziyandır. ABŞ İkinci dünya müharibəsindən Sovetlər Birliyi dağılana, 90-cı illərə qədər Türkiyənin strateji müttəfiqi olub, Türkiyəni SSRİ-dən qoruyub. İndi o illərin sınağından çıxmış Türkiyə kimi müttəfiqi artıq özü üçün itirib.

ABŞ-ın dediyinə görə Türkiyə ordusunun Afrinə daxil olması zamanı müqavimət olmayacaq, Türkiyənin maraqları əleyhinə deyillər, amma sonrakı aylarda atdıqları addımların tamamı Türkiyə əleyhinədir. Elə onlara radikal kürdlərə silah verməyin özü Türkiyə əleyhinədir. Çünki o silahlar avtomatik keçir PKK-nın əlinə, PKK da Türkiyə ərazisində terror əməlləri törədir. Hətta buna qədər atdığı addımlar da Türkiyə əleyhinə idi. Və Amerikanın Türkiyə əleyhinə siyasətinin radikal dəyişəcəyini mən gözləmirəm.  

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Hamısı