Türkiyənin gücü Fransanın mövqeyini dəyişdirdi ÖZƏL

Analitika 10:00 24.01.2018

Fransa Türkiyənin Suriyaya hərbi müdaxiləsinə qarşı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının toplanmasını istəyirdi. Ancaq az sonra bu istəyindən vaz keçdi.

Fikrimcə, burada böyük paradoks var. Fransa ilk öncə yaranan vəziyyətdə Türkiyənin milli maraqları cəhətdən yanaşmamış və hər iki tərəfi atəşkəsə dəvət etmişdi. Daha sonra isə mətbuata qapalı təşkil olunan toplantı zamanı Fransa bu mövqeyi dəyişərək, Türkiyənin bu əməlliyyatı keçirməyə haqqı olduğunu və günahkar tərəfin rejim olduğunu qeyd etdi. Sadəcə, Paris mülki şəxslər üçün yardımların ləngiməməsini tərəflərdən tələb etdi.

Fikrimcə, Makron-Ərdoğan əlaqələri Parisin Ankaraya qarşı addımını əngəllədi. Makron Fransa-Türkiyə əlaqələrini gücləndirmək üçün bu addımı atdı. Bəzi ekspertlər Fransanın Türkiyəyə qarşı olduğunu qeyd edirdilər. Ancaq bu proqnoz özünü doğrultmadı. Çünki Ərdoğanın Parisə son səfəri və fransalı həmkarı ilə görüşü zamanı iki ölkə arasında raket müqaviləsi və digər önəmli iqtisadi müqavilələr imzalandı.

“Bu konflikti ABŞ yaratmışdır. Ya istəyərək, ya da bilmədən.” deyə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qeyd etdi.

Fikrimcə, Ankara-Moskva əlaqələri hər zamankından daha sabit və  effektivdir. Rusiya tərəfi hər fürsətdə ABŞ-ı günahkar göstərərək əslində öz mövqeyini gizlətməyə çalışır. Çünki, Rusiya bu məsələnin tam başından Əsəd tərəfdən çıxış edərək, onun qalmasını və kürdlərin Suriya daxilində nüfüzunu öz məqsədləri üçün istifadə etmək istəyir. Rusiya həm Türkiyəni, həm də kürdləri inandırmağa çalışır ki, “mən sizə güclənməyiniz üçün kömək edəcəm”. Buna baxmayaraq, Moskva Ankaranı seçdi. Təsadüfi deyil ki, terrorçu YPG qruplaşmasının komandiri “Rusiya bizi satdı” kimi ifadə işlətdi.

Hər birimiz Rəqqa şəhərinin necə azad olunduğunu çox yaxşı bilirik. YPG faktiki İŞİD terrorçuları ilə əlbir olaraq onları Afrin ərazisində yerləşdirmək və oradan da müxtəlif ölkələrə keçidini reallaşdırmaq istəyirdi. İndi isə YPG terroristləri türk əsgəri qarşısında pərt olaraq, məhz həmin İŞİD terroristlərinin saqqallarını kəsərək YPG-li kimi Türk əsgərinə qarşı mübarizə apardıqları üzə çıxdı. Türkiyə son əməliyyatla faktiki İŞİD terrorçularını da neytrallaşdırır. Bu açıqlamadan sonra dünya gündəmi sarsıldı ki, “bəs İŞİD ərazidən təmizlənmişdi axı”.  Bəli bu məqamda Moskovanın ikili siyasəti özünü bir daha göstərir.  Rusiya silahlı kürdlərlə İŞİD-in ittifaqına faktiki olaraq göz yumub və günahı Amerikanın üzərinə atıb.

“Mülki əhalinin ərazidən evakuasiyası Rejim və PYD tərəfindən əngəllənir”.

Rəsmi Ankara keçən dəfəki açıqlamasında, rejim və PYD-nin birgə sivillərin Hələb şəhərinə getməsinin əngəlləndiyini və PYD-nin sivillərdən qalxan kimi istifadə etdiyini vurğulamışdı.

Fikrimcə, bu çox bəsit bir taktikadır. Əgər terrorçular yerinə dinc əhali qətlə yetirilsə, həm Türkiyənin nüfuzu zəyifləyəcək, həm də əməliyyat uğursuzluqla nəticələnəcək. Bu məqsədlə artıq PYD bombalanan ərazidən görüntüləri montajlayır, saxta məlumatlar yayır. Rusiya mətbuatında bəzən bu saxta görüntülər yayınlanır. Bu həm də informasiya müharibəsinin getdiyinin əlamətidir. Fikrimcə, Ankara bu dezinformasiyanı əngəlləmək üçün müttəfiq dövlətlərin informasiya agentlikləri ilə görüş keçirib vəziyyəti izah etməlidir. Əks halda hər bir dezinformasiya əməlliyatı riskə ata bilər.

“Əgər Türk qırıcıları Suriya ərazisinə girərsə vurulacaq!”.

Bu fikri, Suriya rejimi səsləndirdi. Bu fikir çox absurd və mənasızdır. Əvvəla anlamaq lazımdır ki, Türkiyə öz sərhədyanı ərazilərinin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də Suriya ərazisində balalayan terror yuvalarını darmadağın edir. Əslində bu Suriyanın ərazi bütövlüyü üçün də vacibdir. Problem ondadır ki, Suriya-Rusiya-ABŞ kürdlərin bu ərazidə güclənməsinin əleyhinə deyil. Tam başdan əsas fikir olan Fedarativ Suriya dövləti istəyi də məhz bununla bağlıdır. Rejim öz iqtidarını itirməmək üçün məhz bu istiqamətə yönəlmiş siyasi kurs həyata keçirir. Ancaq bu hal belə bir misala çox uyğun gəlir. “Düşünün, ev sahibisiz, evinizə oğrular gəlir və onlar silahlıdır. Ərazinin polis rəyisi bunu bilir və evə daxil olmaq üçün qapını döyür, sizsə qapını azca aralayaraq, çıx get özüm bu məsələni həll edəcəm deyirsiz”. Bəli, bu tam olaraq Suriyada mövcud sistemə çox bənzər hekayədir.

Fikrimcə, ev sahibi öz qonşularının da təhlükəsizliyi üçün polis rəisini evə buraxmalı və polisin oğruları həbs etməsinə kömək göstərməlidir. Bunun əksi olarsa, qonşular da bu təhlükəni yaşaya bilərlər.


Yadigar Nağıyev

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı