Azərbaycan Rusiyadan yeni silah və texnikalar alacaq

Analitika 16:00 24.01.2018

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti”yə müsahibəsində bildirib ki, Rusiya ilə ölkəmiz arasında hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparılır. Dövlət başçısı deyib ki, bu istiqamətdə heç bir məhdudiyyət görmürük:

"Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır", - deyə prezident vurğulayıb.

Prezident bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb və qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıqla bağlı gələcək planlar üzərində işin davam etdiriləcəyini diqqətə çatdırıb.

Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, 2009-cu ildən etibarən Azərbaycan və Rusiyanın hərbi-texniki əməkdaşlığında dinamikanın yüksəlməsi müşahidə olunur. Ekspertin fikrincə, həmin ildə Azərbaycan və Rusiya "S-300 PMU2 Favorit" zenit-raket komplekslərinin, daha sonra isə 24 ədəd Mİ-35M və 40-dan artıq Mİ-17 helikopterlərinin alınmasına dair böyük müqavilə imzalayıb:

“Bunun ardınca isə digər müqavilələr imzalandı. Belə ki, 100 ədəd T-90S, 100 ədəd BMP-3 piyada döyüş maşını, 18 ədəd “Vena” özüyeriyən minaatan, 18 ədəd MSTA-S özüyeriyən haubitsa, mühəndis-istehkam maşınları, özüyeriyən körpülər, sursat zərərsizləşdirmək maşınları, çox sayda BTR 82-A zirehli transportyorunun və TOS-1A ağır odsaçan artilleriya sisteminin alınması baş tutub. Bu müqavilələrin ümumi həcmi 5 milyard dollardan çoxdur. Müqavilələr üzrə əsas texnikaların çatdırılması demək olar ki, tamamlanıb. Son olaraq bu günlərdə BTR 82-A-lar gətirildi. Bundan əlavə döyüş sursatları da ölkəmizə göndərilib”. 



R.Süleymanov qeyd edib ki, Rusiya ilə növbəti müqavilələr hərbi aviasiya və hərbi dəniz qüvvələri ilə bağlı ola bilər: “Rusiya hərbi sənayesinin bir sıra sahələrə görə, dünyada özünəməxsus yeri var. Zenit-raket kompleksləri sayəsində dünyada liderliyini qoruyub saxlayır. Eləcə də tank texnikalarının istehsalı sahəsində Rusiya ön yerlərdə dayanır. Həmçinin aviasiya və artilleriya sistemləri sahəsində də qabaqcıl yeri tutur. 



Rusiyadan aldığımız silahların bir çoxu 2016-cı ilin aprel döyüşlərində istifadə olunub. Bu silahlar döyüşlərdə özünü doğruldub. Rusiya hərbi sənayesi son 2 ildə Suriya poliqonunda kiçik atıcı silahlardan başlayaraq uzaq mənzilli raketlərə qədər 160-dan çox çeşiddə silah-sursatı praktik olaraq sınaqdan çıxarıb”.



Hərbi ekspert vurğulayıb ki, Azərbaycana qarşı aparıcı hərbi sənaye ölkələri olan ABŞ, İngiltərə, Fransa və Almaniya kimi digər Qərb ölkələrinin rəsmi və qeyri-rəsmi formada silah embarqosu mövcuddur: “Buna baxmayaraq, ordunun silahlanma prosesi dayanmır və hər zaman bu yenilənməlidir. Belə olan halda embarqonu aşmaq üçün alternativ bazarlara üz tutulmalıdır. Bunlardan biri də Rusiyadır. Təbii ki, bundan yararlanmaq lazımdır. Döyüş təhdidlərinə qarşı silahlanma mütləqdir. Rusiya istehsalı olan silahlar öz parametrlərinə və taktiki-texniki xüsusiyyətlərinə görə Qərb silahlarını üstələyirlər. Belə olan halda niyə də Rusiyadan silahlar alınmasın. Qərb bizə silah bazarı qapılarını açana qədər Rusiyadan yararlanmaq lazımdır”.

Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Ərdoğan: “Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün açarıdır”
20:20 22.04.2024
Hamısı