ABŞ “Zeytun budağı” hərəkatının Menbiçə qədər uzanmasına icazə verməyəcək.
Bu açıqlama ilə Rusiyanın Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə Araşdırma Mərkəzinin rəhbəri erməni əsilli Semyon Baqdasarov deyib.
“ABŞ Afrindəki hadisələrlə bağlı məsafə saxladı. Çünki bura Rusiyanın təsir dairəsindədir. Lakin Türkiyə əməliyyatı Menbiçə qədər davam etdirmək istəsə, ABŞ buna əngəl olacaq. Çünki bu şəhərin qərbində ABŞ-ın cavabdehlik daşıdığı ərazi başlayır”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Menbiç və Fərat çayının şərq sahillərində də əməliyyatların başladılacağını istisna etməyib.
Ermənistan rəsmiləri və erməni politoloqları "Zeytun budağı" əməliyyatından olduqca narahatdırlar. Bəzi erməni politoloqlar bu əməliyyatın Qarabağda da təkrarlana biləcəyinin mümkünlüyünü bildirir. Suriya ermənilərinin isə YPG/PYD-nin tərkibində Türkiyəyə qarşı savaşdığı iddia edilir. Hətta bəzi mənbələrin məlumatına görə, bu erməni dəstələri Aprel savaşında Qarabağda döyüşməyə gələnlərdir.(Axar.az)