Türkiyənin NATO-a ehtiyacı varmı? ÖZƏL

Analitika 15:55 29.01.2018

Türkiyənin Afrin əməliyyatları uğurla davam etdiyi bir dövrdə Türkiyə və NATO arasında soyuq küləklərin əsdiyi görülməkdədir. Düzdür NATO baş katibinin müavini Rose Gottemoeller, ötən gün Afrin istiqamətində terroristlərə qarşı aparılan “Zeytun Budağı” əməliyyatları üçün Türkiyənin təhlükəsizliyini qoruma haqqı olduğunu bəyan etmişdi. Lakin Türkiyə rəsmilərinin fikrincə tam bu dəstək qənaətbəxş deyil. Nəzərə alsaq ki, Türkiyə də NATO ölkəsidir, ancaq ittifaqla son zamanlar fikir ayrılıqlarının artması Türkiyə tərəfində belə bir sual ortaya çıxarıb: Türkiyə NATO ölkəsi olmalıdırmı? İstərdim bu sualı tam mənada anlamaq üçün Türkiyə-NATO münasibətlərinin keçmişinə nəzər yetirək.

Türkiyə niyə NATO-ya daxil oldu? 15 iyul 1950-ci ildə Türkiyənin Koreyaya əsgər göndərməsi tələbi qəbul olunub. Türkiyənin Koreyaya 4500 əsgər və silahlı döyüş birliyi göndərməsi, Birləşmiş Millətlər Təşkilatında Türkiyənin ABŞ yanında iştirak etmə tələbi olaraq qəbul edildi. Türkiyən NATO-ya 18 Fevral 1952-ci ildə qəbul olundu. 1952-ci il fevralın 20-25-də NATO Nazirlər Şurasında Türk Hava və Quru Qüvvələrinin komandirləri də iştirak etdi. Türkiyə NATO-ya ilk müraciətini hakim partiya Respublika Xalq Partiyası olduğu zaman, 11 May 1950-ci ildə etdi. Hakim Demokrat Partiya, 11 avqust 1950-ci ildə bir daha üzvlüyə müraciət etdi. Yeni qurulan hökumət olaraq Türkiyənin ABŞ meylli siyasətini davam etdirəcəyinin xəbər verilməsi olaraq qəbul edilə bilər. NATO Balkanlar Şurası, Türkiyənin müraciətini 1950-ci ildə sentyabr ayında mənfi cavablandırıb. Koreya döyüşü sonrasında isə Türkiyənin NATO-ya müraciəti müsbət bir nəticə verdi. ABŞ-ın dəyişən qlobal siyasəti, Türkiyəyə üzvlük yolunu açdı. ABŞ Türkiyənin NATO-ya üzvlüyünü dəstəklədi.

ABŞ-ın Türkiyənin üzvlüyünə müsbət yanaşmasında dörd əhəmiyyətli səbəb var idi: Birincisi, ABŞ təhlükəsizlik tədbirlərini artırmağa qərar verdi. İkincisi, ABŞ Türkiyədə hərbi bazalar qurmağa ehtiyac duymağa başladı. Üçüncüsü, Yaxın Şərq qlobal miqyasda böyük əhəmiyyətə malikdir və regiona yayılmaqla sosialist təsirə məruz qalma ehtimalı təhlükədir. Dördüncü motivasiya isə ABŞ Konqresinin Türkiyənin siyasi və coğrafi əhəmiyyəti mövzusunda mövqeyini dəyişdirməsi idi. Bəs Türkiyənin NATO-ya daxil olmasına səbəb nə idi? Bundan bir az öncə müstəqillik savaşı verən Türkiyə NATO çətiri altında olmaq istəyirdi. 

Türkiyənin üzv olmağı tələb etməsində dörd əhəmiyyətli səbəb var idi: Birincisi, ABŞ-a Sovet İttifaqının yayılmış siyasətindən qorunmaq lazım idi. İkincisi, Qərblə inteqrasiya və islahatlar aparmaq arzusu idi. Üçüncüsü, Türkiyəyə ABŞ yardımlarının azalma ehtimalının önünə geçilmeye çalışıldı. ABŞ-ın yardımı davamlı olmasını təmin edir. Dördüncüsü isə Türkiyədə demokratik rejimin və çox partiyalı həyatın davamlılığını təmin edə bilmək üçün qlobal bir zəmanət təmin edə bilməkdir.

Göründüyü kimi, Türkiyənin NATO-ya daxil olması ABŞ-ın maraqlarının genişlənməsi və bu maraqların o zamanki Türkiyə maraqlarıyla uzlaşması idi. Ancaq Türkiyə zamanla güclənərək bütün sahələrdə inkişaf etməyə başladı.Təbii ki, bu hərbi sahədən də yan keçmədi. Bu gün Türkiyə ordusu dünya miqyasında hörmət və ehtiyat edilən ordudur. Hətta NATO daxilində ordu quruculuğunda Türkiyə təcrübəsindən də istifadə edilir. Bir məqamı da qeyd edim ki, Türkiyə Afrin əməliyatları apardığı bu günlərdə hərb tarixində təkrarı imkansız uğurlar qazanmaqdadır. Türkiyənin NATO ilə münasibətlərində ən əhəmiyyətli qırılma ABŞ-ın İraqı işğalı oldu. O dövrdə NATO və ABŞ-la Türk ordusunda "PKK-nın Şimali İraqda mübarizə aparılmadığını" söyləyən bir fikir ayrılığı var idi. Hətta bu, elə bir nöqtəyə çatdı ki 2002-ci ildə dövrün Milli Təhlüksəzlik Şurasının baş katibi Türkiyənin Rusiya və İran ilə əməkdaşlıq etməsi lazım olduğunu söylədi. Wikileaks sənədlərinə görə, Türk ordusundakı NATO əleyhinə mövqe bununla məhdudlaşmadı. Türk Silahlı Qüvvələri NATO bölmələri, Avrasiya və milliyyətçilərə bölündü. NATO-ya son reaksiya hərbi ilə məhdudlaşmır. Türkiyə təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra NATO-nun müdaxiləsi lazım olduğu təqdirdə zənglərin cavabsız qalması da Ankarada xəyal qırıqlığı yaratdı. Türkiyə, Suriya və İraq böhranlarında yalnız buraxıldığını düşünür.

Norveçdə yerləşən NATO birgə Hərbi Mərkəzində 2017ci il 8-17 noyabr tarixlərində keçirilən “Trident Javelin” adlı NATO təlimlərində qalmaqala səbəb olan hadisə baş vermişdi. Təlimlərin sonuncu günü simvolik “düşmən qüvvələri” olan ölkə liderlərinin fotoları sırasında Mustafa Kamal Atatürk də hədəf olaraq yerləşdirilmişdi. Bu hadisədən sonra Türkiyə və NATO arasında müəyyən gərginlik yaşandı. Hətta NATO baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, baş vermiş hadisəyə görə üzr istədi. Stoltenberq NATO təlimləri zamanı “Atatürk və Ərdoğan düşmənçiliyi” qalmaqalı ilə bağlı istintaq başladıldığını və hadisəyə səbəb olan norveçli texniki işçinin işdən kənarlaşdırıldığını bildirdi. Baş katib bu cür hadisələrin Türkiyə-NATO münasibətlərinə zərər vurmayacağına ümid etdiyini vurğuladı. Son olaraq Türkiyə NATO-da ikili standartlarla üzləşdiyini düşünür. Buna səbəb son zamanlar Rusiya və Türkiyə arasında hərbi əlaqələrin güclənməsidir. Xüsusən də Rusiyadan alınan S400 raket komleksləri NATO tərəfində açıq-aşkar qıcıq yaratdı. Halbuki dörd il əvvəl, 2013-cü ildə Rusiya Hava Qüvvələrinin istehsalı olan S-400 sisteminin S-300 uzun məsafəli hava müdafiə raketi sistemi NATO-nun Krit adasında NAMFI qurğularına yerləsdirildi. Bu zaman belə bir sual ortaya çıxır. Yunanıstan NATO ölkəsi deyilmi? Bu gün hərbi qüdrəti artmaqda olan bir Türkiyə var. Türkiyənin yeni tərəftaş arayışı bu gün hərbi sahəyə də sıçrayıb. Zənnimcə bu gün olmasa da gələcəkdə Türkiyənin NATO-ya da ehtiyacı qalmayacaq.


Turan Rzayev,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı