"Bundan sonra Amerikaya köçmək çətin olacaq” Elxan Şahinoğlu

Analitika 09:43 01.02.2018

Trampın ilk illik məruzəsi yeni mesajlarla yadda qalmadı

ABŞ prezidenti Donald Tramp yanvarın 30-da ölkənin durumu ilə bağlı Konqresin hər iki palatası önündə illik hesabat məruzəsi ilə çıxış edib. Ötən ilin iqtisadi nailiyyətlərini önə çəkən ABŞ lideri mühacirət məsələsinə də toxunub və bu mövzuda ortaq məxrəcə gəlməyin vacibliyini vurğulayıb, habelə sərhəd təhlükəsizliyini gücləndirmək tələbində israr edib. Həmçinin qlobal problemlərdən danışıb.

Trampın illik məruzəsini dəyərləndirən politoloq Elxan Şahiboğlu bildirdi ki, Tramp bu çıxışında yeni heç nə söyləməyib: “Rusiya ilə münasibətlərdə hər hansı yenilik gözlənilmir. Ötən gün də ”Kreml siyahısı" dərc olundu ki, bu da Rusiyaya qarşı psixoloji təzyiqin davamıdır. 200-ə yaxın şəxsin adı oraya salındı. Doğrudur, onlara qarşı sanksiya tətbiq olunmayacaq. Ancaq adlarının o siyahıya  salınması belə Rusiyaya qarşı savaşın tərkib hissəsi sayıla bilər. Həm də Rusiyada prezident seçkiləri ərəfəsidir. Tramp nə qədər Putinlə dostlaşmağa çalışsa da, bu alınmadı. Amerika Konqresi və Dövlət Departamenti, Pentaqon Rusiyaya qarşı çox sərt qərarlar qəbul etdilər. Trampın çıxışında da bu məsələnin necə həll olunacağına dair konkret fikirlər yox idi. Çıxışda köhnə fikirlər yer almışdı ki, yenə də Meksika ilə sərhəddə divarın çəkilməsinə çalışır. Trampın miqrantlarla bağlı siyasəti bəllidir, tam kəskin addımların atılmasını istəyir. Artıq Latın Amerikası mənşəli insanlar da bəzən Ağ Evin qarşısında küçə yürüşlərinə çıxırlar. İllər öncə Amerikaya köçən miqrantlara qarşı belə çox sərt tədbirlərin görüləcəyi haqqında fikirlər var. Tramp da bu siyasəti dəstəkləyir. Faktiki, Amerikanın qapılarını digər ölkə vətəndaşlarının üzünə bağlamaq istəyir. Bundan sonra Amerikaya köçmək bir qədər çətin olacaq. Ancaq köçənlərin də vəziyyəti gərginləşib, Tramp onları ölkədən çıxartmaq istəyir. Görünür, bu siyasətini gələcək illərdə də davam etdirəcək".

Politoloqun sözlərinə görə, Trampın mövqelərini gücləndirən əsas amil Amerika iqtisadiyyatının müəyyən qədər inkişaf etməsidir: “Bundan başqa, Tramp onu da vurğuladı ki, Quantanamo həbsxanası Barak Obamanın siyasətindən fərqli olaraq qapadılmayacaq. Bütün bunlar budəfəki çıxışında da yer almışdı. Amerika iqtisadiyyatının müəyyən qədər normallaşmasında Trampın rolunu vurğulamaq lazımdır. Sadə amerikalıları xarici siyasət, təhlükəsizlik məsələləri o qədər də maraqlandırmır, maliyyə vəziyyətinin normallaşmasını, vergi ilə bağlı məsələnin həllini gözləyirdilər. Etiraf etmək lazımdır ki, Trampın bu istiqamətdə müəyyən qədər uğurları var. Çıxışın əsas leytmotivi də bunun üzərində qurulmuşdu. Tramp özü məşhur biznesmendir, bir neçə dəfə iflasın sıfır nöqtəsinə gəlib çıxsa da yenidən ayağa qalxıb, biznes imperiyasını gücləndirə bilib. Bu təcrübə ona imkan verir ki, Amerika iqtisadiyyatında da müsbətə doğru addımlar ata bilsin. Məhz iqtisadiyyatda yarada biləcəyi dönüş onun ikinci dəfə prezident seçilməsini təmin edə bilər”.

Lakin Elxan Şahinoğlunun fikrincə, bir illik fəaliyyətinin nəticəsi olaraq, Tramp xarici siyasətdə elə böyük uğurlarla öyünə bilməz: “Çünki Şimali Koreyanı hədələdi, amma heç nə edə bilmədi. Suriyada Amerikanın elə bir nailiyyəti olmadı. Bu, əslində Trampın yox, ondan öncəki prezident Barak Obamanın böyük səhvi idi ki, Amerika Suriyada əsas oyunçuya çevrilə bilmədi. Rusiya ilə münasibətlər də göz qabağındadır. Trampın prezident seçilməsində Rusiyanın rolu məsələsi çox şişirdilir. Tramp  prezident olandan sonra Rusiyaya yönəlik heç bir addım ata bilmədi. Əksinə, Konqresin anti-Rusiya qətnamələrini dəstəkləmək məcburiyyətində qaldı. Müəyyən komissiyalar hələ bu məsələni araşdırır. Bu isə Trampın rəqiblərinin onu zəiflətmək planıdır. Ancaq bunun Trampa qarşı güclü bir alətə çevrildiyini də söyləmək çətindir. Xarici siyasətdə Trampın böyük uğurları olmasa da, daxili siyasətdə - iqtisadiyyatda qazandığı uğurlar hesabına öz mövqelərini gücləndirməyə çalışdı. Məhz bunun hesabına onun reytinqi bir qədər artmağa başlayacaq və ona qarşı istifadə edilən Rusiya faktoru getdikcə zəifləyəcək”.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Hamısı