Ermənistanın İrəvanı itirmək qorxusu Serjik təşvişə düşüb

Analitika 16:22 22.02.2018

Azərbaycan prezidenti İlham Əliyevin İrəvanla bağlı bəyanatı Ermənistanda ciddi təşvişə səbəb olub. İşğalçı ölkədə İrəvanın itirilməsi qorxusunu əks etdirən fikirlər səslənməkdədir. Hətta iş o yerə çatıb ki, erməni ekspertlər Azərbaycanın hansı istiqamətdən hücuma keçəcəyini müəyyənləşdirməyə çalışırlar.

Veteran erməni kəşfiyyatçı Vova Vardanov ermənilərə tövsiyə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin İrəvanla bağlı çıxışı barədə düşünmək və onun taktikasını anlamaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan Göyçə gölünə daxil olmaq üçün mütləq Daşkəsən və Gədəbəydən hücuma keçməlidir: 

“Faktiki olaraq bizim hərbçilər bilir ki, Azərbaycan döyüşə tam hazırdır. Azərbaycan ordusu İrəvan istiqamətində hücuma keçsə, mütləq bunu Naxçıvandan edəcək. Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib və silah arsenalı genişlənib. Onlar hücuma hazırdırlar, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm. Gərək biz real döyüşə hazırlaşaq. Yalnız müdafiə olunmaq taktikası davam edərsə, istisna deyil ki, bizdə yeni ərazi itkisi ola bilər”.

Erməni kəşfiyyatçının açıqlamaları İrəvan rəhbərliyinin təşviş içində olduğunu, Azərbaycan Ordusundan açıq-aşkar qorxduğunu göstərir. 



Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, düşmənin bu narahatçılığına səbəb Azərbaycanın iqtisadi, hərbi gücü, apardığı uğurlu xarici siyasətdir: 

“Ermənistan beynəlxalq təşkilatları, aparıcı dövlətləri aldatmaqla, yalan məlumatlar yaymaqla məşğuldur. Bu gün onların apardığı siyasət iflasa uğrayıb. Beynəlxalq aləm Azərbaycanla hesablaşır. Onlar Azərbaycanın həm iqtisadi, həm hərbi gücünü, həm də apardığı siyasətə bələddirlər. Ermənistanda və dünyada tarixən erməni dövlətinin olmadığını anlayırlar. Tarixi faktları hamı bilir. O cümlədən, Ermənistandakılara da məlumdur ki, yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır. Ona görə qorxuya düşüblər ki, Azərbaycan tarixi torpaqlarını geri alacaq. Bu səbəbdən təşviş içindədirlər. Azərbaycan prezidentinin mövqeyi bu təşvişi daha da gücləndirib. Əslində ermənilər narahat olmaqda haqlıdırlar. Çünki, onların siyasəti düzgün, ədalətli deyil. Ona görə də gec-tez Azərbaycan ordusu öz sözünü deyəcək, torpaqlarımızı işğaldan azad edəcək, bayrağımızı Xankəndidə, Şuşada dalğalandıracaq”. 

Ermənistanın Azərbaycanın hərbi gücündən çəkindiyini deyən polkovnik düşmənin haradan hücuma keçəcəyimizlə bağlı ehtimallarını gülünc adlandırıb: “Azərbaycanın haradan hücum edəcəyini onlar bilə bilməzlər. Bu məxfi, taktiki, strateji xarakter daşıyır. Lazım olanda ordunun hücumu hərtərfli olacaq. Biz haradan hücuma keçəcəyimizi heç vaxt açıqlaya bilmərik. Haradan, necə hucuma keçəcəyimizi qabaqdacan onlara elan edəsi deyilik. Lazımı vaxtda, haradan lazımdır zərbə alacaqlar”. 

C.Xəlilov deyib ki, ermənilər real döyüşə hazırlaşsalar belə, bu, nəticəni dəyişməyəcək: “Ermənilər aprel döyüşlərində anladılar ki, onların müdafiə istehkamları heç bir işə yaramır. Azərbaycan ordusu bir neçə saatda onların müdafiə istehkamlarını məhv etdi. Gələcəkdə də nə qədər müdafiə xətti yaratsalar da, Azərbaycan ordusunun gücü qarşısında davam gətirə bilməyəcəklər. Ona görə də real hücuma hazırlaşmaq, müdafiə istehkamları düzəltmək əvəzinə, işğal etdikləri torpaqlardan çıxmaq barədə düşünsələr yaxşı olar”.
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Hamısı