ABŞ-ın İrəvanda casus şəbəkəsi Rus politoloqdan ŞOK DETALLAR

Analitika 10:36 18.03.2018

Mən Rusiya FTB-sinin Moskva Sərhəd İnstitutundan səkkiz il əvvəl ayrılmışam və o vaxtdan Rusiya xüsusi xidmət orqanlarının həmsərhəd ölkələr barədə operativ məlumatları ilə tanış olmaq və onların ərazisində xarici ölkələrin rezidentləri haqqında bilgilər əldə etmək imkanım yoxdur. Bu səbəbdən “Maks Aleksandrov” niki altında gizlənən ehtimalən rus blogerinin yaydığı məlumatı fakt baxımından, təbii ki, dəyərləndirə bilmərəm.

Bu sözləri rus politoloq və analitik Oleq Kuznetsova Rusiyanın “Maksalexandrov.livejournal.com” bloqunda ABŞ-ın Ermənistan və Gürcüstan ərazisində fəaliyyət göstərən rezidenturasının açıqlanan siyahısına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə yalnız bu məlumatı formaca, yəni zahiri göstəricilərinə görə şərh edib, bunun əsasında müəyyən nəticələrə gəlmək imkanındadır:

“Həm jurnalist, həm də kəşfiyyatçıların dilində (jarqonunda) bu tipli yazılar “atmaq”, əks kəşfiyyatçıların jarqonunda isə “süzülmə” adlanır. Əgər məxfi məlumatlar qeyri-ixtiyari mətbuata sızıbsa, belə hal “avtoqol” adlandırılır. Mətnin struktur quruluşunu, materialın təqdimatını və məzmunun ifadə formasını nəzərə alsaq, zənnimcə, “avtoqol” variantını istisna etmək olar. İndiki halda biz faktoloji materialın təsvir xarakteri ilə üzləşirik, bu da özlüyündə analitik fəaliyyətin aparıldığını ehtimal etməyə əsas verir. Şəxsən mən bu yazının tipik “sızma” variantı olmasına üstünlük verirəm.

İndi belə bir suala cavab tapmaq lazımdır: bu ifşaedici və ya yalan yayan məqalə konkret olaraq nə ifadə edir?”

Kuznetsov qeyd edib ki, bu suala cavabdan öncə bir prinsipal cəhətə diqqət yetirmək lazımdır:

“Kəşfiyyatın real vəziyyətini ancaq kəşfiyyatçıların özləri, rezidentlər və onlara nəzarət edən mərkəz bilir. Bütün yerdə qalanlar isə əks-kəşfiyyatçılar da daxil olmaqla, dəqiq sübut və dəlil əldə edənə qədər bu və ya digər dərəcədə təxmin edə bilərlər. Xüsusi xidmət orqanları “sızma” üsulundan adətən o vaxt istifadə edirlər ki, konkret adamın üçüncü tərəfin xeyrinə işlədiyi barədə tam və ya nisbətən tam əminlik olsa da, birbaşa dəlil əldə etmək mümkün olmayıb. Elə bizim halda da elə təəssürat yaranır ki, bu yazının əsas məqsədi (əlbəttə, təbliğat effektindən başqa) məmurların ünvanına səsləndirilən casusluq, kəşfiyyat və təxribat xarakterli fəaliyyətdə ittihama ABŞ-ın reaksiyasının necə olacağını müəyyənləşdirməkdir. Şəxsən mən əminəm ki, bu “sızma” Rusiya xüsusi xidmət orqanlarının Cənubi Qafqaz regionunda ABŞ xüsusi orqanlarının mövcudluğu və fəaliyyəti barədə analitik məlumatlar hazırlayıb, sistemləşdirmiş əks-kəşfiyyat fəaliyyətinin nəticəsidir.

Yuxarıda deyilənləri nəzərə alaraq, xüsusilə qeyd etmək istəyirəm ki, məqalədə söhbət Gürcüstan və Ermənistandan gedir və Azərbaycan haqda bir kəlmə belə yoxdur. Bu, heç də o anlama gəlmir ki, Azərbaycanda ABŞ-ın casus şəbəkəsi və bu ölkənin təsir agentləri yoxdur. Onlar mövcuddurlar, bəzi azərbaycanlı jurnalistlər qeyri-rəsmi şöhbətlərdə mənə bəzi həmkarlarının adlarını çəkmişdilər ki, onların Azərbaycan informasiya məkanında fəaliyyətini bir-iki il öncəyə qədər Tiflis vasitəsi ilə ABŞ maliyələşdirirdi. Lakin Azərbaycanın Gürcüstan və Ermənistandan prinsipial əhəmiyyətli fərqi var. Azərbaycanın dövlət məmurları ABŞ xüsusi xidmət orqanlarının maddi təminatında deyillər. Gürcüstan və Ermənistanda isə bu, hər addımbaşı belədir. Gürcü və erməni məmurlar öz xidməti vəzifələrindən və inzibati resurslardan istifadə edərək, az qala açıq şəkildə ABŞ xüsusi xidmət orqanlarına işləyirlər. Bunu təkcə dövlət idarələrinə deyil, həmçinin təhlükəsizlik orqanlarına şamil etmək olar, ələxüsus da Gürcüstanda. Belə əməkdaşlığa dəlalət edən konkret faktlar təkcə məlum deyil, həmçinin sübuta yetirilib. Bu da müvafiq tendensiyanın mövcudluğunu təsdiq etməyə əsas verir. Bu aspektdən şəhr etdiyimiz məqalə tamamilə gerçəkdir və həqiqətə uyğundur. Sadəcə, təfərruatlarda, məsələn, konkret şəxslərlə bağlı səhvə yol verilə bilər. Qalan məsələlərdə məruzə (hesabat, raport - əhəmiyyət kəsb eləmir) çox, amma çox həqiqətə uyğundur”.

“Bu vəziyyət Rusiyanın təhlükəsizliyi və maraqlarına nə dərəcədə təhdidlər yaradır” sualına cavabda isə Kuznetsov deyib:

“Əgər mənim bu “sızma”nı Rusiya xüsusi xidmət orqanlarının təşkil etdikləri barədə ehtimalım düzdürsə, bu o deməkdir ki, onlar təfərrüatı ilə mövcud təhlükələrdən xəbərdardırlar və təbii ki, əks ölçülər hazırlayırlar. Bu yazının peyda olması buna birbaşa və əyani sübutdur. Əminəm ki, Cənubi Qafqazdakı ABŞ rezidenturası Rusiya tərəfindən monitorinq edilir və bu səbəbdən Rusiya potensial təhdidləri, necə deyərlər, kökündəcə kəsir. Bununla belə, Rusiya xüsusi xidmət orqanları amerikalı həmkarlarına qarşı biləvasitə Gürcüstan və Ermənistan ərazisində açıq əks-təsir göstərə bilməzlər və bu səbəbdən adı çəkilən ölkələrin siyasi liderləri və siyası proseslərə təsir göstərə bilməsi uğrunda mübarizədə məğlub olurlar. Gürcüstan bunu 2007-ci ildə nümayiş etdirdi, Ermənistansa bu təcrübəni bu günümüzə gətirməyə çalışır”. (axar.az)

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Hamısı