Fransanın Menbiçə xüsusi təyinatlılar göndərmək qərarı Türkiyənin region üzrə siyasi xəttini dəyişdirmə məqsədi güdür.
Bu sözləri rusiyalı siyasi ekspert Qriqori Lukyanov deyib. O bildirib ki, qərar ABŞ-la məsləhətləşmədən sonra verilib:
“Bu addımla ABŞ-ın Suriyadakı kontingentinin Fransa xüsusi təyinatlıları ilə əvəzlənəcəyini heç düşünmürəm. Çünki ABŞ hərbçilərinin sayı xeyli çoxdur. Doğrudur, Parisin bu qərarının Türkiyə Silahlı Qüvvələrini öz xəttindən döndərməyə hədəfləndiyini də deyə bilərik. Lakin tərəflərin birbaşa münaqişəyə daxil olacağından söhbət gedə bilməz”.
Qeyd edək ki, Fransa hökuməti Menbiçə 50 xüsusi təyinatlı qüvvə göndərmək barədə qərar verib.(axar.az)