Yaşayış binaları nədən yanır? ARAŞDIRMA

Analitika 12:10 19.04.2018

Bakıda yanğınların böyük hissəsi əsasən çoxmənzilli yaşayış binaları ilə bağlıdır.

Fövqəladə Hallar Nazirliyinin açıqladığı statistikaya əsasən ölkə üzrə baş verən yanğınların sayına görə 2-ci yeri çoxmənzilli yaşayış binalarında və fərdi evlərdəki yanğınlar tutur. Belə ki, 2017-ci ildə ümumilikdə 12911 yanğın hadisəsi baş verib.  Bunların 7763-ü açıq sahələrə, 2337-si yaşayış binaları və fərdi evlərə aiddir. Yəni, açıq sahələri nəzərə almasaq, yaşayış binaları üzrə yanğın hadisələrinin sayı kifayət qədər yüksəkdir. Digər tərəfdən 2016-cı illə müqayisədə 2017-ci ildə yaşayış binalarında yanğınların sayı  artıb. Yanğın halları adətən qış aylarında daha çox olsa da, havaların hələ də soyuq keçməsi mart-aprel aylarında da yaşayış binalarında yanğın hadisələrinin artmasına səbəb olub.

Bəs yaşayış binalarında yanğın nədən baş verir?

Yanğın hadisələri üzrə ekspert Tural Şükürov bildirib ki, yaşayış binalarında və fərdi evlərdən yanğınlar adətən elektrik naqillərində yaranan nasazlıq və yüklənmə ilə bağlı olur. Belə ki, təmir zamanı elektrik sisteminin düzgün qurulmaması, bu zaman kustar üsullardan istifadə edilməsi sonda böyük ziyanla nəticələnir:“Təmir zamanı elektrik işlərini peşəkar usta etmir, elektirik sisteminin sxemi qurulmur, heç bir texniki müqavilə bağlanılmır. Elektrik işlərini kustar, burma üsullarla quran usta görür. Sistemdə yüklənmə olanda naqilin burma şəklində bərkidilən hissəsi qızır və yanar konstruksiyaya keçir. Son nəticədə yanğın baş verir.”

“Yeni binalarda yanğına səbəb təbii qazın olmamasıdır”

Yeni tikililər və yaşayış komplekslərində gəlincə, T.Şükürov bildirib ki, bu binalarda yanğın hadisələrinin əsas səbəbi təbii qazın verilməməsidir: “Özüm yeni tikilidə yaşayıram və qaz çəkilmədiyi üçün bir il ərzində 3 belə yanğın hadisəsinin şahidi olmuşam”.

“Elektirik açarları ev qızdırılması üçün nəzərdə tutulmayıb”

Belə ki, bəzi yeni tikililərdə buna görə evlərin qızdırılması üçün elektrikdən istifadə edilir. Yeni tikililərdə isə elektrik avtomatları aşağı dövriyyəyə uyğun qurulub və ümumilikdə istilik üçün elektrikdən istifadə nəzərdə tutulmayıb:“Məsələn, 24 voltluq açardan 50 voltluq cərəyan istifadə olunur. Davamlı istifadə nəticəsində artıq qızma baş verir. 90% hallarda hadisələr elektrik şaxtasında baş verir. Orada mənftillər közərməyə başlayır və yanğın baş verir”. 

Bəs yaşayış kompleksləri yanğın təhlükəsizliyini necə həyata keçirir?

Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinə müraciət etdik. MTK-dan bildirildi ki, sakinlərin təhlükəsizliyi əsas diqqət yetirilən vacib məqamlardan biridir. Kompleks bütün yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı bir sıra məsələlərə diqqət yetirilir:  

Şaxta məsələsi. Burada şaxtaların quruluşu fərqlidir. Belə ki, bütün binalarda bütün mənzillərin havalandırma çıxışı eyni şaxtaya olursa bizdə hər mənzilin çıxışı ümumu şaxtanın içinədəki böyük kanaladır və bu kanal yanğın baş verərsə termos effekti yaranıb yanğın sürətlə yayılmasın deyə hörülür. Beləliklə təhlükənin sürətlə yayılmasının qarşısı alınır. 

 Daş yunu – inşa edilən bütün binaların fasad materialı daş yunundandır. Bu material həm izolyasiya funksiyasını yerinə yetirir, mənzillərin qışda isti, yayda sərin qalmasını təmin edir, (Rusiya kimi sərt qışı olan ölkədə eyni izolyasiya materialından istifadə edilir) həm də yanğına tam davamlıdır üstəlik enerji xərclərinə 70%-dək qənaet edilməsini təmin edir. Beləliklə, mənzildə baş verə biləcək yanğının digər mənzillərə keçmə riskini aradan qaldırır. Qeyd edək ki, material təbii tərkibli daşlardan hazırlanır. 

Bütün binalarımız qazlaşdırılıb. MTK-dan bildirildi ki, yaşayışa təhvil verilmiş bütün binalar qazla təmin edilib. Bu səbəbdən eletrik naqillərində yüklənmələrin baş verməsi mümkün deyil. Bununla belə mənzillər təmirli təhvil verildiyindən istifadə edilən Türkiyə istehsalı elektrik naqillərinin seçiminə və mənzildaxilində düzgün paylanmasına xüsusi diqqət göstərilir.

Hər binanın qarşısında yanğına qarşı lövhələr quraşdırılıb. Ordakı yanğın balonları daim yoxlanılır.

Binanın hər mərtəbəsində yanğına qarşı təzyiqli su durbası çıxışı və şlanqlar və tüstüyə qarşı qurğular var. Yanğın baş verərsə istənilən sakin yanğın yayılmadan qabaqlayıcı tətdir görə bilər. Blokda tüstü olarsa sistem işə düşür və xəbərdaredici səs verir.

Əlavə olaraq toz tərkibli yanğın topundan istifadə edilir. Hər mühafizə otağında bu toplardan mövcuddur.

Mühafizə xidməti. Bütün binalarda 24/7 mühafizə xidməti xidmət göstərir. Bütün ərazilər kamera müşahidə sistemi ilə daim izlənilir. Baş verə biləcək bütün neqativ halların qarşısı vaxtında alınmağı üçün və ya ilkin tədbirlər görülməsinə köməklik göstərilir. (qafqazinfo)

Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO

Xəbər xətti

SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Hamısı