"ABŞ-ın sanksiya siyasəti dünyada dollardan imtina tendensiyası yaradır" Ekspert - ÖZƏL

Analitika 21:57 23.04.2018

 ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişini təsdiqləməkdən imtina edə biləcəkləriylə bağlı bəyanatlar verir. Ümumilikdə, ABŞ-ın İranın nüvə enerjisi araşdırmalarıyla bağlı olduqca narahat olduğunu bilirik. Buna görə də Trampın bu məsələni hər zaman aktual tutması aydın məsələdi.

Aydın məsələdir ki, Prezident Donald Tramp uzun müddətdir sazişin tənqidçisidir və öz seçki kampaniyasının gedişatında onu ləğv edəcəyini bildirirdi. Lakin bir məsələ var ki, Tramp ABŞ -ın sazişdən çıxmaması üçün daxili və xarici təzyiqlərlə üzləşir. Hələ dövlət katibi Reks Tillersonun zamanında məsələ ilə bağlı Avropa və Çin tərəfdaşları ilə məsləhətləşmələr aparılırdı.

2015-ci ildə imzalanmış beynəlxalq sazişə əsasən İran sanksiyaların qismən ləğvi müqabilində öz nüvə proqramını dondurmalıdır. Lakin onun dəstəkdən imtina edəcəyi barədə bəyanatları ABŞ müttəfiqləri və hətta onun öz administrasiyası daxilində narahatlıqla qarşılanmaqdadır. Sadə bir misal çəkim ki, oktyabrın əvvəlindəki Senat dinləmələrində müdafiə naziri Ceyms Mettis sazişdən çıxmağın ABŞ maraqlarına cavab vermədiyini demişdi. Cənab Tramp Tehranı dəfələrlə sazişin "ruhun"a zidd hərəkətlərdə ittiham edib. Hərçənd ki, Beynəlxalq Atom Enerjisi Agentliyi və ABŞ Konqresi hesab edir ki, İran razılaşmaya əməl edir.

Qeyd edim ki, mayın 12-də D.Tramp sanksiyaların “dondurulması”nın uzadılmasına dair qərar verməlidir. Qərar qəbul edilmədikdə sanksiyalar avtomatik bərpa olunacaq.

Təbii ki, məsələyə İran tərəfinin də münasibəti məlumdur. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək. Əslinə baxdıqda İran tərəfi öhdəsinə düşən məsələlərə riayət edir. Buna görə də İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin dünya ictimaiyyəti İranı nüvə sazişinə birtərəfli şəkildə riayət etməyə çağırmamalıdır fikrində həqiqət var.

Fikrimcə, ABŞ prezidenti Donald Tramp Rusiya və İranla bağlı məsələlərdə ehtiyatla davranmalıdır. Çünki hər iki ölkə Avropa üçün eneji təminatçısıdır. ABŞ isə hər iki ölkəyə qarşı sərt sanksiyalar tədbiq edir. Bu isə həm ABŞ rəsmilərini, həm də Avropa ölkələrini narahat edir. Məsələyə aydınlıq gətirmək üçün deyə bilərəm ki, bu gün ABŞ öz maraqları çərçivəsində hərəkət edir. Öz maraqlarından hərəkət etsə də Avropa Birliyi ölkələrinin də bu maraqlardan çıxış etməsini təmin edir. Bu isə heç də bütün AB ölkələrinə sərf etmir. Əslində, ABŞ-ın dövlət rəsmiləri də Trampın ABŞ-la AB arasındakı çatlaqlar yaratması səbəbindən narazılıq bildirirlər.

Heç kəsə sirr deyil ki, ABŞ-la AB arasında da narazılıqlar mövcuddur. ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalardan ən çox AB ölkələri əziyyət çəkir. Çünki İran və Rusiyada cavab tədbiri olaraq AB ölkələrinin təbii yanacağa olan asılığından istifadə edirlər.

Bir məqamı da qeyd edim ki, ABŞ-ın İran və Rusiya başda olmaqla bəzi ölkələrə tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbindən ABŞ dollarından imtina tendensiyası yaranmaqdadır. Bunun ən bariz nümunəsini isə yenə İranda görə bilərik.

İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, həyata keçirilən bir sıra işlərdən sonra xarici ticarətdə dollardan imtina ediləcək. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir. İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil. V. Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının da ABŞ olduğunu bildirib. Xatırladaq ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşıb.

Belə düşünürəm ki, mayın 12-də D.Tramp sanksiyaların “dondurulması”nın uzadılmasına dair verəcəyi qərarda çox ehtiyatlı olmalıdır. Çünki bu qərarın nəticəsi bu gün olmasa da gələcəkdə ABŞ üçün ağır nəticələnə bilər.


Turan Rzayev,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı