ABŞ Şimali Koreya ilə sülhə nə qədər yaxındırsa, müharibəyə də bir o qədər yaxındır.
Bu sözləri amerikalı siyasi ekspert Lindsi Qrem deyib.
“Gəlin, fərz edək ki, Donald Tramp artıq Kim Çen İnlə görüşüb və daha öncə olan münasibət davam edir. Biz hazırda tarixi sülhə çox yaxınıq. Lakin bununla bərabər savaşa da uzaq deyilik. Əgər onlar Trampı ələ almağa çalışsalar, yenidən müharibə yoluna qayıdacaqlar. Mən ümid edirəm ki, Çin və Şimali Koreya bunu anlayır. Ona görə də mən Şimali Koreyanın yerində olsam, nüvə silahlarından imtina etməyənə qədər Trampla görüşə can atmazdım”, - deyə ekspert bildirib.