Gürcüstanda əslində nə baş verir? ÖZƏL

Analitika 10:30 18.05.2018
Gürcüstanda keçən cümə günü gözlənilməz halda kütləvi etirazlar baş qaldırdı. Belə ki, mayın 12-də gecə saatlarında Tiflisdəki məşhur ''Basiani'' və ''Cafe Gallery'' gecə klublarında polis əməliyyat keçirərək 8 nəfər gənci narkotik alveri ilə məşğul olmaqda ittiham edərək həbs edir. Hadisə şahidlərinin bildirdiyinə görə, polisin əməliyyatı çox sərt üsulla həyata keçirilir. Bundan sonra polis ertəsi gün bir neçə şəxsi mənzildə və obyektlərdə axdarışlar həyata keçirir. Həmin hadisənin bir gün sonra isə Tiflisdə gözlənilməz halda yüzlərlə şəxs toplaşaraq aksiya keçirirdilər. 
 
Aksiyada əvvəlcə yalnız həbs olunan gənclərin azad edilməsi və polisin şiddətinin dayandırılması tələb olunur. Sonra da hadisə yerinə xeyli sayda jurnalist gələrək mitinqi işıqlandırmağa başlayır. Mitinqçilərin qarşısına çıxan müxalif ''Ağ Səs-Küy Hərakatı''nın lideri Beka Çikaraşvili siyasi tələblər irəli sürməyə başlayır. O, baş nazir Georgi Kvirikaşvilinin və ''öz xalqına divan tutan'' daxili işlər naziri Georgi Qaxariyanın dərhal istefaya göndərilməsini, həbs olunan gənclərin dərhal azad edilməsi və zor tətbiqində iştirak etmiş hüquq-mühafizə orqanı əməkdaşlarının cinayət məsulliyətinə cəlb olunmasını, eləcə də hakim partiyanın öz siyasi kursunu dəyişməsini tələb edir. Daha sonra jurnalistlərin suallarını cavablandıran müxalif lider bildirib ki, aksiyaçıların əsas niyyəti ölkədə növbədənkənar parlament seçkiləri yolu hakimiyyəti dəyişdirməkdir. Aksiya sosial şəbəkələrdə də böyük marağa səbəb olub. Artıq 10 min nəfərə yaxın insan hökumət əleyhinə olacaq növbəti mitinqdə iştirak edəcəyini bildirib. 
 
Bu hadisələrin birdən-birə bu məcrada inkişaf etməsinin səbəbləri və vaxtı çox maraqlıdır. Bu hadisələri doğuran səbəb Gürcustanda mövcud hökumətin hakimiyyəti dövründə gözəçarpacaq bir iqdisadi uğurun qazanılmamasıdır. Həmçinin, ölkədə faktiki olaraq keçmiş hakimiyyətin zamanında olan demokratik azadlıqlar yoxdur. İvanaşvilinin nəzarət etdiyi Margelaşvili-Kvirikaşvili cütlüyü Gürcüstan üçün əməli bir uğura imza ata bilmədi. Sadə gürcülərin bir çoxu bu səbəblərdən dolayı Saakaşvili hakimiyyətinin intizarı ilə yaşayır. Hadisənin başqa siyasi səbəbləri isə Ukraynada siyasi həyatı faktiki olaraq bitmiş Saakavşilinin Gürcüstanda hakimiyyət uğrunda mübarizəyə qoşulacağını bildirməsindən və indiki hakimiyyətin ''boz kardinalı'' olan məşhur oliqarx Bidzina İvanaşvilini iqtidardakı ''Gürcü Arzusu'' Partiyasının sədri seçilməsindən sonra baş verdi. 
 
Saakaşvili daxil bütün müxaliflər yaxşı başa düşür ki, yenidən hakimiyyətə gəlmək istəyən İvanaşvilinin əsas məqsədi ölkədə tam hakimiyyətə sahib olmaqdır. Bundan sonra isə onu hakimiyyətdən göndərmək çox çətin olacaq. Buna görə də vaxtında onu hakimiyyətdən salmaq istəyirlər. Ancaq hadisələr müvvəqəti də olsa səngidi. Buna səbəb isə hadisə yerinə daxili işlər naziri Georgi Qaxariyanın və Tiflisin meri Kaxe Kaladzenin gəlib etirazçılardan üzr istəməsi və bəzi vədləri verməsi oldu. Buna rəğmən sosial şəbəkələrdən edilən çağırışlarda bir müddət sonra aksiyalara yenidən start veriləcəyindən bəhs olunur. Faktiki olaraq hadisələri idarə edən müxalif lider Beka Çikaraşvilinin isə əsas məqsədi növbədənkənar parlament seçkiləridir. Zənnimcə ilin sonuna qədər Tiflis yenə də gərgin siyasi atmosferə ev sahibliyi edəcək. Gürcüstanda yeni hakimiyyət dəyişikliyinin olub-olmayacağına isə təbii ki, gürcü xalqı özü qərar verəcək.
 
 
 


Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynalabid Əmrəliyev

 


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Hamısı