Danışıqlar başlamasa və Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, gərginlik artacaq.
Bu sözləri açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
“Danışıqlar başlamasa və Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, gərginlik artacaq. Bu hərbi gərginlik isə açıq müharibəyə çevrilə bilər. Ermənistandakı indiki rejimin Rusiya üçün yad olduğuna tamamilə əminəm. Bu fonda Paşinyanla Putin arasında uçurumun artacağını düşünürəm. Bunun nə zaman baş verəcəyini və nə ilə nəticələnəcəyini zaman göstərəcək. Bütün hallarda Moskva və İrəvan arasındakı münasibətlər mənfiyə doğru gedir”, - deputat bildirib.(axar.az)