Bizim üçün Duqinin deyil Lavrovun fikri önəmlidir

Analitika 13:50 03.07.2018

Rusiyalı ekspertlərin, deputatların işğaldan azad edilmiş ərazilərimizə gəlmələri, orada azərbaycanlı həmkarları ilə birgə konfrans keçirmələri və ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv yanaşma sərgiləmələri önəmli məsələdir.

Bu sözləri Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, buna baxmayaraq, belə tədbirləri, açıqlamaları Rusiyanın rəsmi, yaxud həlledici mövqeyi kimi təqdim etmək yanlışdır:

“Çünki belə məsələlərin ətrafında ajiotajın yaradılması ictimai rəyə mənfi təsir göstərir. Bəzən ifrat dərəcədə artıq təqdim olunan, reallığı əks etdirməyən məsələ insanları ruhdan salır. Təəssüf ki, Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan əraziləri ətrafında baş verən prosesləri bəzi KİV-lər ifrat dərəcədə mübaliğəli, xarici ölkələrin və xarici ölkə liderlərinin bu prosesdəki rolunu maksimal dərəcədə şişirdərək təqdim edirlər. Peşəkarlığı bir kənara qoyuram, Qarabağ məsələsindən reytinq və yaxud hansısa maraqlar naminə istifadə etməyin adı yoxdur. Ağır cümlələr işlətmək istəmirəm, amma əslində belə oyunbazlığın cavabı çox ağır olmalıdır. Belə tədbirlərin keçirilməsi önəmlidir və ictimai rəyə təsir baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən ekspertlərin, deputatların olması çox vacibdir. Amma qiymətləndirmə də əndazəsində, mübaliğəsiz olmalıdır. Ola bilsin ki, kimlərsə belə tədbirlərdə səsləndirilən fikirləri ifrat dərəcədə şişirtməklə insanları ümidləndirmək istəyirlər. Amma unutmaq lazım deyil ki, reallığa söykənməyən ümid ümidsizliyə və hətta etimadsızlığa, inamsızlığa gətirib çıxara bilər. Bununla yanaşı, digər tərəfi də nəzərə almaq lazımdır. Məsələn, Rusiyadakı hansısa ciddi siyasət adamı bu ölkənin sıradan bir ekspertinin sözündən sevincək olduğumuzu görəndə, problemin real həllindən daha çox “dopinqi” artırmaq barədə düşünür. Mən bir neçə ildir ki, Duqinin Rusiyanın sözçüsü, yaxud Kremlin ideoloqu kimi təqdim olunmasına etiraz edirəm. Duqin maraqlı adamdır, yaxşı PR-çidir, ölkəsinin hətta uğursuz layihələrinə də geosiyasi don geyindirməyi bacarır. Amma biz unuduruq ki, onun mülahizələri subyektiv xarakter daşıyır və ölkəsinin Cənubi Qafqazla bağlı siyasətinə heç cüzi korrektə etmək gücündə də deyil”.

Analitikin fikrincə, bizim üçün Duqin və yaxud Rusiya parlamentinin komitə sədrinin müavinin dediyi sözlərdən daha çox rəsmi Moskvanın mövqeyini ifadə edən Sergey Lavrovun açıqlamaları önəm kəsb edir:

“Lavrov isə bir neçə gün öncə Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin atəşkəsə nail olmaq üçün qəbul olunduğunu bildirmişdi və ölkəsinin də səs verdiyi sənədlərin mahiyyətini açıq-aşkar təhrif etmişdi. Azərbaycana səfər edən rus ekspertlər və deputatlar əgər həqiqətin yanındadırlarsa, bizə xoş gəlmək üçün Azərbaycanda bəyanat vermək əvəzinə, qoy, Rusiyanın kütləvi informasiya vasitələrində Sergey Lavrovun avantürist açıqlamalarına etiraz etsinlər, Dövlət Dumasında Rusiyanın Cənubi Qafqazdakı siyasətinin yanlış olduğunu bildirsinlər. Rusiya telekanallarında siyasi tok-şouları diqqətlə izləyirəm. Hətta Azərbaycanda Kremlin sözçüsü kimi təqdim olunan Duqini həmin verilişlərdə çox nadir hallarda görmək mümkündür. Duqinin ünvanına tərif yağdıranlar onun Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı 2016-cı ildə hazırladığı video müraciətə baxsınlar və nəticə çıxarsınlar. Duqin bu müraciətində Azərbaycanda və Cənubi Qafqazda yaşayan bütün kiçik etnik qruplar haqqında həm də xüsusi hiyləgərliklə danışır, amma bu torpaqlarda çoxsaylı dövlətlər quran türk etnosundan bir kəlmə söz açmır. Duqin AXC-ni ümumiyyətlə yada salmır və Azərbaycanın SSRİ-dən yox, məhz Rusiyadan 1991-ci ildə ayrıldığını iddia edir. Duqin Avrasiya İmperiyasından danışır və Rusiyanı bu imperiyanın varisi hesab edir. Onun qənaətinə görə, bu imperiyadan qopanlar, o cümlədən Azərbaycan müstəqillik əldə etdiyinə görə sevinməməlidir. İndi bu ultra-millətçi boşboğaz nə deyirsə desin, əgər o Azərbaycanın müstəqilliyini həzm edə bilmirsə, dövlətçilik tariximizlə barışmırsa, onun söylədiklərinin heç bir dəyəri yoxdur. Duqinin avrasiyaçılığı rus və türk etnoslarının bərabərhüquqlu birliyi deyil, Rusiyanın timsalında Avrasiya İmperiyasının yaradılmasıdır və Duqinin “imperiya”sında türkləri “böyük rus xalqı”nın kölgəsinə sığınan təbəə kimi görürlər”.

E.Mirzəbəyli bu arada həssas bir məqama da toxunub:

“Rusiya Ermənistanda baş verən proseslərdən narazıdır və təbii ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərmək lazımdır. Bizim üçün əsas məqsəd Rusiyanın Ermənistandakı vəziyyəti yenidən tam nəzarətə götürmək niyyətinin reallaşması deyil, ərazi bütövlüyümüzün təmin olunması olmalıdır”.

Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib və Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, torpaqlarının işğaldan azad edilməsi vacibliyini bildiriblər. (axar)

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Hamısı