Çavuşoğlunun bir ayda Bakıya iki səfərinin pərdəarxası

Analitika 10:10 26.07.2018

Qardaş ölkənin XİN rəhbərinin Azərbaycanda müzakirə etdiyi mövzularla bağlı fərqli fikirlər var

Türkiyənin baş diplomatı Mövlud Çavuşoğlunun Azərbaycan paytaxtına bir günlük səfəri diqqət çəkdi. Xüsusilə ona görə ki, prezident seçkilərindən sonra ilk səfərini Azərbaycan paytaxtına edən qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı müşayiət edənlər sırasında da cənab Çavuşoğlu var idi.

Elə isə maraqlıdır, qısa zaman çərçivəsində M.Çavuşoğlunun Azərbaycana ikinci dəfə səfər etməsinə hansı zərurət yaranıb? Bu mövzudan bəhs edərkən müxtəlif versiyalar ortaya çıxır. Belə ki, Türkiyə ilə İsrail arasında yenə də soyuq küləklər əsməkdədir. Təl-Əvivin son addımları R.T.Ərdoğanı bu ölkənin rəhbərliyinə qarşı sərt mövqe sərgiləməyə vadar edib. Həmçinin bu çıxışlarda İslam dünyasına yönəlik çağırışlar da əksini tapır. Eyni zamanda İrana qarşı ABŞ-ın sanksiyaları fonunda Türkiyənin də qarşısına israrlı tələblər qoyulub. Belə bir situasiyada qardaş ölkənin baş diplomatının paytaxtımıza səfəri sıradan bir hadisə kimi dəyərləndirilə bilməz.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə “Türkiyə digər ölkələrə, həmçinin İran və Rusiyaya qarşı atılan addımları dəstəkləmir” - deyib. Cənab Çavuşoğlu FETÖ mövzusundan da bəhs edib. “ABŞ Fətullah Güləni Türkiyəyə təslim etdiyi halda belə, biz öz fikrimizdən dönməyəcəyik. Lakin buna baxmayaraq, ABŞ bizim müttəfiqimizdir, sadəcə, bizim seçimimiz hər hansı bir şərtə bağlı deyil” - o vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib: “Azərbaycan FETÖ-nün fəaliyyətinin qarşısının alınmasında ciddi addımlar atıb”. Bütün bu açıqlamalar Bakı səfərinin proqramının aktual məsələlərlə və zəngin olduğunu deməyə əsas yaradır.

Ä°lgili resim

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında Türkiyə xarici işlər nazirinin Azərbaycana bir günlük səfərinin diqqət çəkdiyini bildirdi: “Çünki, bir müddət əvvəl Azərbaycana Ərdoğan səfər etmişdi və nümayəndə heyətində Mövlud Çavuşoğlu da var idi. Belə isə az müddətdə Çavuşoğlunun yenidən Bakıya qayıtmasını hansı amillər zəruri edirdi? Birincisi, son illər Azərbaycan və Türkiyə xarici siyasət idarələri daima koordinasiya şəraitində fəaliyyət göstərirlər. Məsələn, Çavuşoğlu Bakıdakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, Azərbaycanın xarici işlər nazirini həm də Türkiyənin xarici işlər naziri sayır. Bu ifadə iki ölkə arasındakı yaxınlığın tərənnümüdür. Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın maraqlarını ifadə edir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində Türkiyə əleyhinə danışan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana belə cavab vermişdi: ”Bu tədbirdə Türkiyə yoxdur, ona görə mən sizə Türkiyənin əvəzinə də cavab verəcəm". İkincisi, Çavuşoğlu Bakıya səfərində üçlü görüşlərin koordinasiyası məsələsinə də toxundu. Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi regional üçlü formullar var. Bunlardan Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistanı misal çəkmək olar. Görünür, Çavuşoğlu bu üçlü formatlardan birinin və ya bir neçəsinin gündəlik mövzularını da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla qapalı görüşdə müzakirə edib".

E.Şahinoğlunun fikrincə, adıçəkilən formatlardan bu gün ən aktualı Azərbaycan-Türkiyə-Türkmənistandır: “Çünki Ankaranın əsas məqsədlərindən biri Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə çatdırılmasıdır. Bunun üçün münbit şərait yetişib. TANAP boru xətti işləyir, üstəgəl də avqust ayında Xəzərin statusu ilə bağlı yekun konvensiya sazişi imzalanacaq. Bu konvensiya imkan verəcək ki, Türkmənistan və Azərbaycan öz sektorlarına aid hissəsində Xəzərin dibi ilə boru xətti çəksinlər. Bundan başqa, Azərbaycan-Türkiyə-Ukrayna formatını da hərəkətə gətirməyin vaxtıdır”. Politoloq istisna etmir ki, Çavuşoğlu ilə Məmmədyarov arasında Qarabağ mövzusunda da fikir mübadiləsi aparılıb: “Türkiyə Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığını artırmaq istəyir. Bu məsələdə də Bakı ilə Ankara arasında sıx koordinasiyaya ehtiyac var. Mətbuat konfransında o da məlum oldu ki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsi üçün İrəvan vaxt istəyib. Demək, Ermənistanın yeni hökuməti Qarabağ məsələsində prioritetləri müəyyənləşdirməkdə çətinlik çəkir”. E.Şahinoğlu Türkiyə XİN başçısının səfərində diqqət çəkən digər məqamı da xüsusi vurğuladı: “Mövlud Çavuşoğlu Bakıdakı mətbuat konfransında onu da qeyd etdi ki, Fətullah Gülən şəbəkəsi ilə ən ciddi mübarizə aparan ölkələrdən biri Azərbaycandır. Çavuşoğlu Azərbaycanda qapadılan məktəblər mövzusuna aydınlıq gətirdi. Həmin məktəblər keçmişdə Gülən şəbəkəsinə aid olub. İndi isə Türkiyə həmin məktəbləri ”Maarif" Vəqfinə vermək barədə düşünür. Fikrimcə, bu, ən məqbul yoldur. Bir az gecikmiş qərar olsa da, bu məsələni də nəzarət altına almaq lazımdır. Çünki Gülən şəbəkəsi qorxunc siyasi hədəflərlə hərəkət etsə, yüksək standartlara cavab verən orta və ali təhsil ocaqları təsis etmişdilər. Türkiyə dövlətinin həmin təhsil ocaqlarına sahiblənməsi vacibdir. Çavuşoğlunun Bakıya səfəri Ermənistana da önəmli mesaj idi. Ermənistan-Rusiya siyasi-hərbi ittifaqında ciddi suallar yarandığı halda, Azərbaycan-Türkiyə siyasi-hərbi ittifaqı inkişaf edir və bütün regional çağırışlara cavab verməyə hazırdır. Türkiyənin parlament sədrinin və müdafiə nazirinin yaxın günlərdə Bakıya səfərləri də deyilənlərə sübutdur".

XİN-in mətbuat katibi Hikmət Hacıyev ile ilgili görsel sonucu

XİN-in mətbuat katibi Hikmət Hacıyev isə “Yeni Müsavat”a bildirdi ki, səfər bilavasitə ikitərəfli xarakter daşıyırdı:“Türkiyədə və Azərbaycanda keçirilmiş seçkilərdən sonra yeni hökumət formalaşan kimi, dövlət və hökumət başçıları səviyyəsində ilk səfərlər, həm də qarşılıqlı şəkildə müvafiq olaraq Azərbaycan və Türkiyəyə həyata keçirilir. Bu, bizim ölkələrimiz arasında olan qardaşlığın və xüsusi münasibətlərin bilavasitə göstəricisi, təzahürüdür. Azərbaycan prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. Türkiyənin də dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan da ilk rəsmi səfərini Azərbaycana etdi. Bunun ardınca da hökumət üzvləri səviyyəsində də bu kimi səfərlər həyata keçirilir. Xarici işlər naziri, yeni hökumətin üzvü olaraq da Mövlud bəy də Azərbaycana ilk belə səfərini həyata keçirdi. Bu səfər bilavasitə ikitərəfli əməkdaşlığın davam etdirilməsi, gündəlikdə duran məsələlərin müzakirə edilməsi və yeni prioritetlərimizin, hədəflərimizin müəyyən edilməsi xarakteri daşıyıq. Mövlud bəyin öz həmkarı, xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, bunun ardınca Türkiyənin Böyük Millət Məclisinin sədrinin, müdafiə nazirinin və digərlərinin də səfərləri həyata keçiriləcək”.

H.Hacıyev əlavə etdi ki, bu kimi səfərlər yalnız protokol xarakteri daşıyan səfərlər deyil: “Təbii ki, burada vacib rəmzi bir elementlər də var. O mənada ki, Azərbaycan dost və qardaş ölkədir. Yeni qurulan hökumətin üzvləri də ilk səfərlərini buraya edirlər. Amma eyni zamanda bu səfərlər də böyük bir məzmun daşıyır. O mənada ki, Türkiyədə qurulan yeni hökumətin prioritetləri, məramları var. Bu əsasda da dost və qardaş ölkə olaraq Azərbaycanla əməkdaşlığın yeni müstəvidə daha da inkişaf etdirilməsi üçün əlverişli fürsətlər və imkanlar yaranır”. 

XİN rəsmisi onu da qeyd etdi ki, bu səfər hər hansı digər məsələlərlə bağlı deyildi: “Bu, Azərbaycan və Türkiyə dostluq və qardaşlığına, strateji müttəfiqliyinə əsaslanan səfər idi. Məqsəd və məramımız bu əməkdaşlığı daha da dərinləşdirmək, inkişaf etdirmək idi”.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı